Icma.az
close
up
RU
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qəbələ, 9 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən Ukraynalı uşaqlar və gənclər Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonu ilə tanış olan qonaqlara qoruq ərazisindəki qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisindən aşkar edilən bu eksponatlar mərkəzin laboratoriyasında tədqiq olunduqdan sonra sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir.

Sonra kollektiv mərkəzin akt zalına gəlib. Qeyd olunub ki, Qəbələ Arxeoloji Mərkəzi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılıb.

Qonaqlar "Qafqaz Albaniyasının paytaxtı – Qəbələ" filminə baxıblar. Görüşdə ukraynalı uşaqların ifasında Ukraynanın Dövlət Himni səsləndirilib, qrupun rəhbərinə isə xatirə hədiyyəsi təqdim olunub.

Daha sonra ukraynalı uşaqlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun qədim məkanları – "Qala" və "Səlbir" arxeoloji ərazilərinə səfər ediblər. Ziyarətçilərə burada dövri olaraq aparılan qazıntılar, yerli və xarici mütəxəssislər tərəfindən aşkar edilən ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, qədim su xətləri və digər tapıntılar barədə geniş məlumat verilib.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri