Ukraynalılar qanları hesabına bizə vaxt qazandırır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya ilə Ukrayna arasındakı müharibə 2030-cu ilə qədər başa çatmalıdır. Müharibə bitdikdən sonra Avropa Rusiyanın qarşısını almaq üçün kifayət qədər güclü olmalıdır.
Axar.az xəbər verir ki, bunu Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Frederik Vansina deyib.
“2030-cu il Avropa üçün çətin bir dövr olacaq. O vaxta qədər Rusiya ilə Ukrayna arasında müharibə bitəcək. Rusiyanın 650.000–700.000 təcrübəli döyüşçüdən ibarət ordusu qalacaq. Buna görə də 2030-cu ilə qədər Vladimir Putinə amerikalılar olmadan belə Avropaya qarşı müharibədə qalib gələ bilməyəcəyini deməliyik. Hələ bir neçə ilimiz var. Ukraynalılar cəsarətləri və qanları hesabına bizim üçün vaxt satın alırlar. Buna görə də biz onları bu qədər güclü şəkildə dəstəkləyirik”, - Vansina bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Aprel 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















