Icma.az
close
up
RU
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər

Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək

Dünən Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında yaranmış gərginlik dünyada geniş əks-səda doğurub. Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də partiyanın mətbuat xidmətinin bununla bağlı suallarını cavablandırıb.
Reyting.az xəbər verir ki, Q. Həsənquliyev yaranmış gərginliyin Rusiya prezidenti V. Putini yola gətirmək üçün razılaşdırılmış tamaşa olması ehtimalını 0.1 faiz hesab edir:
- Trampın Zelenskiyə nifrət etdiyi açıq-aydın görsənir və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi edəcək. Amma yalnız buna görə yox. Televiziyalar qarşısında Zelenskinin, rəsmi qonağın alçaldılması, nüfuzdan salınmağı da Putinin könlünü oxşamağa hesablanmışdı. Yəqin ki, sonra bir “əhsən” almaq üçün Putinə zəng edib deyib ki, “gördün, onu nə günə qoydum”.
Müsahibələrimin birində demişdim ki, Tramp Rusiyanın müharibədə tam və qəti qələbə çalmasının çətinliyini görür və buna görə sülhə çalışır. Tramp ABŞ-nın müttəfiqləri və qonşuları ilə münasibətlərinin korlanması üçün də mümkün olan hər şeyi edir. Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər.
- Qüdrət bəy, Avropa ölkələrinin Ukraynaya köməyi artırması vəziyyəti dəyişə bilərmi?

- Birmənalı şəkildə yox. Avropa Rusiya qədər silah istehsal etmir və heç kim Ukrayna tərəfdən müharibəyə qatılmaycaq. Avropalılar heç bu gün əllərində olan silahın cüzi bir hissəsini belə Ukraynaya vermirlər. Rusiyadan qorunmaq üçün saxlayırlarsa, elə Ukrayna vuruşur da. Bundan başqa, Tramp görsə ki, Ukrayna qalib gəlir, bütün vasitələrlə, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək. Onun başqa seçimi yoxdur.
- Bu halda Rusiya ABŞ-ı Çin ilə üz-üzə qoya, ABŞ vasitəsilə böyük qonşularını, məsələn, elə Çini, o cümlədən Türkiyəni, İranı qorxudub özünə tabe elətdirə bilərmi?
- Mümkün ssenaridir. Amma Türkiyəyə münasibətdə bu tam mənada alınacaqmı? 2016-cı ildəki Tramp prezidentliyi dövründə, Türkiyə rəsmilərinin verdiyi açıqlamalara görə ABŞ-nın da içərisində olduğu iddia edilən dövlət çevrilişi cəhdindən sonra, Rusiya-Türkiyə münsibətləri xeyli yaxşılaşdı və inkişaf etdi.
- Tramp Rusiyanı yenidən dünyanın əsas aparıcı dövlətinə çevirə bilərmi?

- Bunun üçün Rusiyanın indikindən çox güclü iqtisadiyyatı olmalı, ABŞ daxildən çökdürülməli, Çin zəiflədilməlidir. Tramp Rusiya iqtisadiyyatının dirçəlməsi üçün həmin ölkəyə böyük investisiyalar yatıra, müasir texnologiyalar verə, onun əsas rəqiblərinə isə iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu baş versə, Putin dünyanın ən güclü siyasətçisi olduğunu təsdiq edəcək.
- Rusiyanın qələbəsini görən Çin bundan ruhlanaraq, Tayvana hücum edib ərazi bütövlüyünü bərpa edə bilərmi?

- Çinlilər çox müdrikdir və emosional qərarlar qəbul etmirlər. Məncə Çində də nə baş verdiyini anlayırlar. Ona görə Trampın prezidentliyi dönəmində buna getməzlər.
- Biz, hansı mövqedən çıxış etməliyik?
- ABŞ-dən aralı durmalı, nə müttəfiq, nə də düşmən olmamalıyıq. Rusiya ilə strateji tərəfdaşlığımızı davam etdirməli, Türkiyə ilə bütün istiqamətlərdə münasibətlərimizi daha da yaxınlaşdırmalı və iqtisadiyyatımızı inkişaf etdirməliyik. 3+3 formatında qonşu dövlətlərlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələri və inteqrasiyanı sürətləndirməli, milli birliyimizi gücləndirməliyik.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 İyun 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri