Icma.az
close
up
RU
Ukraynanın 6 ildir axtardığı azərbaycanlı Berlində tutuldu: polislərə hücum etmişdi VİDEO

Ukraynanın 6 ildir axtardığı azərbaycanlı Berlində tutuldu: polislərə hücum etmişdi VİDEO

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

2019-cu ildə Ukraynın Jitomir vilayətində polislərə silahlı hücum edən azərbaycanlının məhkəməsi başlayır.

Lent.az xarici mediaya istinadla bildirir ki, dekabrın əvvəlində hüquq-mühafizə orqanları ibtidai istintaqı başa çatdırıb. Təqsirləndirilən 35 yaşlı Azərbaycan vətəndaşı Elşən Qurbanov Ukrayna Cinayət Məcəlləsinin 290-cı maddəsi ilə ittiham olunur. Məhkəmə materialları tanışlıq üçün Qurbanovun vəkillərinə təqdim ediblər.

O, 2019-cu ilin payızında Jitomirdə polis-inkassatorlara qarşı törədilmiş silahlı quldurluq hücumunda iştirak ittiham olunur.

Qeyd olunur ki, söhbət 9 sentyabr 2019-cu ildə baş vermiş səs-küylü hadisədən gedir. Həmin gün Jitomir şəhərində Böyük Berdıçevskaya küçəsində balaklava taxmış, üzərlərində Ukrayna kəşfiyyatının simvolu olan geyimlərdə iki naməlum şəxs polis əməkdaşlarına silahlı hücum edib. Polis əməkdaşları mağazadan inkassasiya olunmuş pul vəsaitlərini xüsusi avtomobilə daşıyırmışlar. Hadisə zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri ayağından güllə yarası alıb, lakin 150 min qrivna olan çantanı qorumağa müvəffəq olub. Hücum edən şəxslər isə hadisə yerindən qaçıblar.

İlk əməliyyatlar zamanı Elşən Qurbanovu saxlamaq mümkün olmayıb və onun tutulması 6 il çəkib. Qurbanovun barəsində məlumat İnterpolun Baş Katibliyinin qeydiyyat bazasına daxil edilib və 2025-ci ilin iyun ayında Elşən Berlində saxlanılıb. Dekabrın əvvəlində isə Elşən Surxay oğlunun Almaniyadan Ukraynaya ekstradisiyası başa çatdırılıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs bütün bu müddət ərzində ona aid edilən “Jitomir macəraları” barədə məlumatlı olmadığını iddia edib.

“İsti izlər”lə aparılan əməliyyat nəticəsində Milli Polis hücum edənlərdən birini saxlayıb. Məhkəmə materiallarından məlum olur ki, ilkin mərhələdə həmin şəxs günahını etiraf edib, əlbir olduğu şəxsi göstərib və barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxs əvvəllər qanunsuz silah dövriyyəsinə görə (Ukrayna CM-nin 263-cü maddəsinin 1-ci hissəsi) məhkum olunmuş Azərbaycan vətəndaşı Fuad Daşdəmirov olub. Sonradan o, davranış strategiyasını köklü şəkildə dəyişib. Vəkilləri isə iddia ediblər ki, ilkin etiraflar hüquq-mühafizə orqanları tərəfindən ondan “zor tətbiq etməklə alınıb”.

2022-ci ilin əvvəlində Daşdəmirov etiraz aksiyası keçirib: təqsirləndirilən şəxs quru aclıq elan edib və ağzını tikib.

Nəticədə 2022-ci ilin payızında birinci instansiya və apellyasiya məhkəmələri Fuad Fəxrəddin oğlu barəsində seçilmiş həbs qətimkan tədbirini yumşaldaraq ona 496,2 min qrivna məbləğində girov qarşılığında azadlığa çıxmaq imkanı veriblər. Daşdəmirov Jitomirdəki istintaq təcridxanasından buraxılıb. İşi üzrə baxılan məhkəmə iclaslarından birində iştirak edib və 6 fevral 2023-cü ildə Ukraynadan Moldovaya gedib. Hazırda həbsdə olan Daşdəmirov rəsmi Kiyevin Almaniya hökumətinə verdiyi təminatların icrası çərçivəsində “Çortkov Cəzaçəkmə Müəssisəsi 26 nömrəli” Dövlət Müəssisəsinin divarları arasında saxlanılır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri