Ukraynanın Aİ yə qəbulu müzakirə olunacaq
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyevə 90 milyard avro kreditin ayrılması və Rusiyaya qarşı 20-ci sanksiya paketi kimi vacib qərarlar qəbul edildikdən sonra Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara keçmək lazımdır.
"Ölkə.az" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bəyan edib.
"İndi irəliyə baxmağın və Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların ilk qrupunun açılışı olan növbəti addıma hazırlaşmağın vaxtıdır", - deyə o bildirib.
Öz növbəsində, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen qeyd edib ki, Ukrayna bu rübdə 45 milyard avroluq kreditin ilk tranşını ala biləcək. O, ilk müdafiə yardım paketinə dronların da daxil olacağını dəqiqləşdirib.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Kiyev üçün vacib olan qərarları yekdilliklə qəbul etdiklərinə görə bütün Aİ liderlərinə təşəkkür edib: "Əlbəttə ki, Rusiyanı müharibəyə son qoymaq üçün həqiqi diplomatiyaya qayıtmağa məcbur etmək üçün çalışmağa davam edəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Aprel 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















