Ukraynanın ərazi bütövlüyünün qorunması bizim üçün də təhlükəsizlik məsələsidir Polşanın baş naziri
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşanın baş naziri Donald Task bildirib ki, ABŞ prezidenti Donald Trampın bu cümə günü Rusiya lideri Vladimir Putinlə görüşü ərəfəsində ABŞ avropalı tərəfdaşlarla məsləhətləşmələrə söz verib.
Sitat.info xəbər verir ki, bu barədə The Guardian yazır.
O əlavə edib ki, Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyi “təkcə qonşumuzla həmrəylik məsələsi deyil, həm də öz təhlükəsizliyimiz məsələsidir”.
Donald Task Tramp-Putin görüşü ilə bağlı “çox qorxusu və çoxlu ümidləri” olduğunu bildirib.
Baş nazir müxtəlif addımlar və hərəkətlər zamanı Trampın gözlənilməzlik taktikası”na diqqət çəkib. Onun sözlərinə görə, Putinin ərazi təklifinin bəzi hissələri “birtərəfli” görünür və Ukrayna üçün “bunun niyə qəbuledilməz olduğunu anlamaq çətin deyil. Polşaya və bizim avropalı tərəfdaşlarımıza aydın olmalıdır ki, sərhədləri güc yolu ilə dəyişdirmək olmaz və Rusiyanın Ukraynaya təcavüzündən qazanc əldə etməsinə imkan verilməməlidir. Qərb, o cümlədən Avropa ölkələri mahiyyətcə Ukrayna ərazisinin ələ keçirilməsinə bərabər olan Rusiyanın tələblərini qəbul etməyəcək".
Task həmçinin Rusiyaya xəbərdarlıq edib ki, ə “cəzasız qalaraq” onun digər ölkələrin sərhədlərin meydan oxuya biləcəyini düşünməsin.
O, “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipini təkrarlamaq üçün Polşanın tarixinə istinad edib.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















