Ukraynanın ətraf mühit naziri COP29un yekunlarından yazıb: Dolğun və mürəkkəb oldu
Icma.az bildirir, Operativmedia portalına istinadən.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svitlana Qrinçuk feysbukda yazıb.
“Paris sazişinin 6-cı maddəsi – bazar mexanizmləri ilə bağlı qərarlar paketi qəbul edilib. Kənd təsərrüfatı üzrə iş proqramı davam etdirilib və yeni layihələrin təqdim edilməsi üçün portal yaradılıb. Qlobal uyğunlaşma məqsədi üzərində işləmək üçün addımlar atılır”, – nazir qeyd edib.
O, Ukraynanın “iqlim planlarını və layihələrini gerçəkləşdirmək üçün vəsait alacağını” açıqlayıb: “Biz 6-cı maddə çərçivəsində əlavə investisiya cəlb edə, həmçinin yaşıl enerji, yaşıl bərpa və iqlim dəyişikliyinə adaptasiya üçün beynəlxalq maliyyə qurumlarından maliyyələşməyə qoşula bilərik”.
“Bakıdakı işin mühüm elementi Ukrayna pavilyonu oldu. O, müharibə və dağıntılara baxmayaraq, “yaşıl” bərpa üçün beynəlxalq tərəfdaşları cəlb etmək missiyasını yerinə yetirdi. Bu, COP29-dan sonra da dünyanın Ukrayna ətrafında birləşməsinin rəmzi olacaq”, – Qrinçuk vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 25 Noyabr 2024 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















