Ukraynanın hərbi hava limanı infrastrukturuna hücum etdilər
Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi hava limanı infrastrukturuna qarşı uzun mənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirdiklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın hərbi hava limanı infrastrukturuna qarşı hipersəs sürətli ‘Kinjal’ raketləri də daxil olmaqla, havadan buraxılan uzun mənzilli yüksək dəqiqlikli silahlar və PUA-larla qrup şəklində hücum həyata keçirib. Hücum hədəfə çatıb və müəyyən edilmiş obyektlər vurulub”, - məlumatda deyilir.

