Icma.az
close
up
RU
Ukraynanın müttəfiq ölkələrinin dörd lideri Kiyevə gəlib Video

Ukraynanın müttəfiq ölkələrinin dörd lideri Kiyevə gəlib Video

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün səhər saatlarında Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri Kiyevə gəliblər.

Bizimyol.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, Polşanın Baş naziri Donald Tusku dəmir yolu vağzalında xarici işlər naziri Andrey Sibiha və Prezident Aparatının rəhbəri Andrey Yermak qarşılayıb.

Tusku qatarla paytaxta Almaniyanın yeni kansleri Fridrix Merz, İngiltərənin baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronla birgə gəlib.

Ukrayna rəsmilərinin qonaqlarını rəsmi geyimdə qarşılaması diqqət çəkib. Avropa liderlərin yüksək əhval-ruhiyyədə olduqları və gülümsəmələri mətbuatın diqqətindən yayınmayıb.

Dəmiryol vağzalında təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Starmer, Makron və Merzin Kiyevə səfərindən kadrlar da yayımlanıb. Lakin həmin görüntülərdə Tuskun onların yanında olmaması diqqət çəkib.

Siyasətçilər həvəslə jurnalistlərə pozalar verib, canlı ünsiyyət qurublar. Arxa fonda kiçik bir Ukrayna bayrağı görüntülənib.

Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukraynanın paytaxtı qətiyyətli koalisiyanı alqışlamaqdan məmnundur. Onun sözlərinə görə, tərəflərin çox işi və müzakirə olunacaq mövzuları var. "Biz bu müharibəni ədalətli sülh yolu ilə bitirməliyik. Moskvanı atəşkəsə razılaşmağa məcbur etməliyik", - deyə Yermak qeyd edib.

Dünən Avropa Günü üçün 35 ölkədən nümayəndə heyəti Lvova gəlib. Avropa nümayəndə heyətinə Aİ-nin ali nümayəndəsi Kaja Kallas başçılıq edib. Səfər Liçakov qəbiristanlığında Ukraynanı Rusiya Federasiyasından müdafiə edərək canlarını fəda etmiş ukraynalı qəhrəmanların xatirəsinin yad edilməsi mərasimi ilə başlayıb.

Almaniya kansleri Fridrix Merz Kiyevə səfərindən əvvəl Avropa ölkələrinin Ukraynada atəşkəslə bağlı bəyannamə hazırladıqlarını açıqlayıb. Merz bildirib ki, bəyannamə “bir çox cəhətdən 30 günlük atəşkəs təklifi ilə eynidir”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri