Icma.az
close
up
RU
Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? TƏHLİL

Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? TƏHLİL

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto  hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq, o, Pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır.

1969-cu ildə onun “The Myth of Independence” (Müstəqilliklə bağlı mif)  adlı kitabında belə bir hissə var: "Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz (atom bombasına) sahib olacaq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!".

Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlarda olmasın?” 

Bunu niyə xatırlatdım?

1991-ci ildə SSRİ dağılanda Ukraynada 1.900 nüvə başlığı vardı. 1994-cüü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə silahı Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı George H. W. Bush (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya daşınsın. Niyə? Amerika hesab edirdi ki, 4 ölkədə nüvə silahının olması gələcəkdə problem yarada bilər. Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi...

Rəhmətlik Zülfüqar Əli Bhutto “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq,amma atom bombasına sahib olacaq” deyəndə nə qədər haqlı idi. İndi mən soruşuram: Ukraynada 1.900 nüvə başlığı olsaydı Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyal belə etməzdi...
Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Qazaxıstan Rusiyanın qarşısında duruş gətirə bilərmi? Çətin məsələdir...
Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahanı artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Eləcə də digər Qərb ölkələri. Çünki bu məsələdə onlar da ABŞ ilə həmfikir idi...
Ukraynanın o vaxtı rəhbərliyi Leonid Kravchuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1.900 nüvə balığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Rusiya da elə bilin ki, 100 manatlıq şeyi 5 qəpiyə aldı. 
Ancaq Leonid Kravchuk sonda səhv etdiyini anladı. Və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti-Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə bu sənədin nisbətən yumuşaq variantına qol qoydu. 
Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu memorandum nəticəsində Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etməli oldu. 
Ancaq bəzi analitiklər deyir ki, Budapeşt memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur. 
Ukraynada daha sonra iqtidara gələn Leonid Kuchma (1994-2005) da bu prosesi durdura bilmədi. 
Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravchukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib...

Elbəyi Həsənli, Sürix

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri