Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 14 fevral, AZƏRTAC
2025-ci ildə ölkənin mənfi xarici ticarət balansı 44 milyard dolları ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında bildirilir.
Məlumata əsasən, ötən il ərzində xarici ticarət dövriyyəsi 125,1 milyard dollar təşkil edib. Bu dövrdə ölkəyə 84,8 milyard dollar dəyərində mal idxal olunub, ixrac isə 40,3 milyard dollar təşkil edib.
2025-ci ilin yanvar-dekabr aylarında Ukraynaya ən çox məhsul ixrac edən üç ölkə Çin (19,2 milyard dollar), Polşa (7,9 milyard dollar) və Almaniya (6,6 milyard dollar) olub.
Hesabat dövründə Ukrayna mallarının əsas alıcıları isə Polşa (5 milyard dollar), Türkiyə (2,7 milyard dollar) və Almaniya (2,4 milyard dollar) olub.
Qeyd edək ki, Ukraynanın 2024-cü il üzrə ticarət kəsiri 29,1 milyard dollar təşkil etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 14 Fevral 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















