Ukraynaya 90 milyard avroluq kredit ayrıla bilər
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasla Macarıstandakı seçkilərin nəticələrini və Kiyevə 90 milyard avroluq kreditin ayrılması məsələsini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, ukraynalı nazir bu barədə X-də məlumat verib.
Sibiqa Ukraynaya davamlı dəstəyi təmin etmək və Avropanı Rusiya təhlükəsindən qorumaq üçün 90 milyard avroluq kreditin ayrılmasının vacibliyini vurğulayıb.
Ukrayna xarici işlər naziri əlavə edib ki, Yaxın Şərqdə sabitliyin təmin olunması üçün koordinasiyalı beynəlxalq səylərin vacibliyi barədə Aİ rəsmisi ilə razılığa gəlib.
Sibiqa və Kallas həmçinin mülki əhalinin qorunması və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Aprel 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















