“Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib: enerji infrastrukturu hədəfdə, ölənlər var“ Ukrayna KİV ləri
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qışın ortasında enerji obyektlərinə yönələn zərbələr Kiyev və regionlarda humanitar vəziyyəti daha da ağırlaşdırıb..."
Yanvarın 13-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı raket-dron hücumu həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
Gecə boyu raket və dron hücumu
Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı 18 ədəd "İsgəndər-M" tipli ballistik raket, C-300 zenit raketləri, həmçinin "İsgəndər-K" qanadlı raketləri buraxılıb. Bununla yanaşı, müxtəlif istiqamətlərdən ümumilikdə 293 zərbə dronu, o cümlədən təxminən 200 "Shahed" tipli PUA istifadə olunub.
HHM vasitələri, aviasiya, radioelektron mübarizə bölmələri və mobil atəş qruplarının iştirakı ilə hücumun böyük hissəsinin qarşısı alınıb. İlkin məlumatlara əsasən, səhər saat 09:30-a olan vəziyyətə görə 247 hava hədəfi məhv edilib və ya sıradan çıxarılıb. Bununla belə, raket və 48 dronun 24 müxtəlif nöqtəyə düşdüyü təsdiqlənib.
Enerji sistemi və yaşayış məntəqələri zərbə altında
Prezident Vladimir Zelenski bildirib ki, hücumun əsas məqsədi Ukraynanın enerji infrastrukturu - generasiya obyektləri və yarımstansiyalar olub. Nəticədə paytaxt Kiyev və yeddi vilayətdə yüz minlərlə ailə işıqsız qalıb, bəzi bölgələrdə fövqəladə elektrik kəsintiləri tətbiq edilib.
Zərbələr yalnız enerji obyektləri ilə məhdudlaşmayıb. Yaşayış binaları, xəstəxanalar, məktəblər və digər mülki obyektlər də ciddi ziyan görüb. Xüsusilə Xarkov ətrafında poçt terminalına endirilən raket zərbəsi nəticəsində dörd nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Prezident bu hücumu "heç bir hərbi mənası olmayan terror aktı" adlandıraraq ölənlərin ailələrinə başsağlığı verib.
"Dəstək dayanmamalıdır"
Dövlət başçısı vurğulayıb ki, hər belə hücum beynəlxalq ictimaiyyətə Ukraynaya dəstəyin dayandırılmasının yolverilməz olduğunu xatırladır. Onun sözlərinə görə, HHM sistemləri üçün raketlərə, xüsusilə qış aylarında, hər gün ehtiyac var və tərəfdaşlardan artıq razılaşdırılmış yardımların sürətləndirilməsi gözlənilir.
Zelenski qeyd edib ki, Rusiya "soyuqla müharibəni qazanmağa" çalışsa da, bu cəhd nəticə verməyəcək: Ukrayna cəmiyyətinin daxili dayanıqlığı və beynəlxalq dəstək bu strategiyanı iflasa uğradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Yanvar 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















