Icma.az
close
up
RU
“Ukraynaya kütləvi hücum: Rus ordusu energetika və nəqliyyat infrastrukturunu vurdu, yaralananlar var“ Ukrayna KİV ləri

“Ukraynaya kütləvi hücum: Rus ordusu energetika və nəqliyyat infrastrukturunu vurdu, yaralananlar var“ Ukrayna KİV ləri

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bir neçə vilayətdə partlayışlar, yanğınlar və elektrik kəsintiləri baş verib..."

Rusiyanın oktyabrın 6-dan 7-nə keçən gecə həyata keçirdiyi kütləvi hücum Ukraynanın bir neçə vilayətini hədəfə alıb.

Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Sumi, Xarkov, Xerson və Poltava bölgələrində dron və raket zərbələri nəticəsində yaralananlar var, yaşayış binaları və mühüm infrastruktur obyektləri zədələnib. Elektrik təchizatı bir çox ərazidə bərpa olunur, fövqəladə xidmətlər gecə-gündüz işləyir.

Sumi vilayəti: yaralılar və dağılmış evlər

Sumi hərbi administrasiyasının rəhbəri Oleq Qriqorovun məlumatına görə, oktyabrın 6-sı axşam saatlarında Rusiya ordusu vilayətin sərhəd rayonlarını intensiv atəşə tutub. Yunakivka icmasında 49 yaşlı qadın dron hücumu nəticəsində ağır yaralanıb, əməliyyat olunub və hazırda həkimlərin ciddi nəzarəti altındadır. Krasnopol icmasında isə 35 yaşlı kişi dron zərbəsindən xəsarət alıb. Həmçinin, Sumi icmasının 61 yaşlı sakini partlayıcı predmetin üzərinə çıxaraq yaralanıb.

Qriqorov bildirib ki, Şostka icmasında bərpa işləri davam edir. Energetiklər, qaz və kommunal xidmətlər, xilasedicilər fasiləsiz işləyir, elektrik təchizatı mərhələli şəkildə bərpa olunur, qaz və mobil rabitə demək olar ki, tam bərpa edilib. Əhaliyə isti yemək və "sarsılmazlıq məntəqələri" vasitəsilə yardım göstərilir.

Səhər tezdən Sumi şəhərinə yenidən dron hücumu olub. Zareçnı rayonunda mülki obyektə zərbə endirilib, ilkin məlumata görə, xəsarət alan olmasa da, evlərdə və elektrik şəbəkəsində zərər qeydə alınıb. Sumi şəhər administrasiyasının rəhbəri Aleksey Krivoşenko bildirib ki, zərərçəkənlərə kömək üçün fövqəladə qərargah yaradılıb. Hücum zamanı trolleybus da zədələnib, sərnişin və sürücü hadisə yerində tibbi yardım alıb.

Xarkovda güclü partlayışlar və yanğınlar

Xarkov meri İqor Terexovun sözlərinə görə, gecə şəhərin sənaye rayonu yenidən hücuma məruz qalıb. 20-yə yaxın partlayış qeydə alınıb, bir neçə yerdə yanğınlar baş verib. Terexov sakinləri sığınacaqlarda qalmağa çağırıb, çünki hücum zamanı səma üzərində hələ də düşmən dronları müşahidə olunub. Ümumilikdə, Rusiya ordusu Xarkova 25 "Shahed" tipli kamikadze dronu göndərib. Hücum nəticəsində Nemışlyanski rayonunda enerji təchizatında fasilələr yaranıb.

Xerson: 13 yaralı, 1 ölü

Xerson şəhər administrasiyasının məlumatına görə, gecə Kora­bel­ni rayonuna artilleriya və dron hücumları nəticəsində 18 və 51 yaşlı iki qadın, eləcə də 69 yaşlı kişi yaralanıb. Bundan başqa, son sutka ərzində Xerson icmasının beş yaşayış məntəqəsi - Xerson, Pridneprovsk, Stepanovka, Kamışanı və Antonovka atəşə tutulub. Hücumlar nəticəsində evlər, məktəblər, qaz boru xətləri və avtomobillər zədələnib, 13 nəfər yaralanıb, 1 nəfər həlak olub. Dneprovsk rayonunda 70 yaşlı kişi də dron hücumunda yaralanıb və xəstəxanaya yerləşdirilib.

Poltava vilayəti: dəmir yolu və enerji sistemi hədəfdə

Poltava vilayət administrasiyasının rəhbəri Vladimir Koqut bildirib ki, gecə saatlarında vilayət dron hücumuna məruz qalıb. Dəmir yolu infrastrukturuna, anbarlara və inzibati binaya zərər dəyib, 28 hüquqi şəxs və minə yaxın ev elektrik enerjisiz qalıb. Yanğınlar qısa zamanda söndürülüb, lakin dron qalıqları bir yaşayış evinə də dəyib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. "Ukrzaliznitsya" (Ukrayna Dəmir Yolları) bildirib ki, hücum səbəbindən bir sıra elektrik qatarlarının hərəkət qrafikində dəyişikliklər edilib. Bəzi marşrutlar ləğv olunub, digərləri gecikmə ilə hərəkət edir.

Xarkov üçün ağır qış proqnozu

Xarkov meri Terexov xəbərdarlıq edib ki, qarşıdan gələn qış şəhər üçün müharibə dövrünün ən çətin mövsümü olacaq. Son iki gün ərzində Rusiya ordusu "Xarkovoblenerqo" şirkətinə məxsus iki transformator yarımstansiyasını məhv edib. Bubdan əvvəl isə oktyabrın 6-da Sumi şəhərindəki perinatal mərkəz dron hücumuna məruz qalıb - partlayışdan öncə sakinlər səma üzərindən dron səsinin gəldiyini bildirib.

Rusiyanın oktyabrın 7-nə keçən gecə Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücum nəticəsində dörd vilayətdə infrastruktur zədələnib, onlarla insan yaralanıb, bir nəfər həlak olub. Elektrik, nəqliyyat və qaz təchizatı bərpa olunur, lakin Ukrayna hakimiyyəti yaxın günlərdə hücumların təkrarlana biləcəyini istisna etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see183

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see136

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri