Icma.az
close
up
RU
“Rusiya yenidən Ukraynaya hücum edib: Dağıntılar, qurbanlar və yeni təhlükə“ Ukrayna KİV ləri

“Rusiya yenidən Ukraynaya hücum edib: Dağıntılar, qurbanlar və yeni təhlükə“ Ukrayna KİV ləri

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"150-dən çox "Shahed" buraxılıb, onlarla şəhər zərbə altında qalıb, ölənlər və yaralananlar var..."

2 sentyabr gecəsi Ukrayna şəhərlərinə kütləvi dron zərbələri endirilib. Paytaxt Kiyev, Sumi, Belaya Tserkov və Odessa vilayətinin İzmayıl rayonu əsas hədəflərə çevrilib. Hücum nəticəsində ölənlər və yaralananlar var.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Kiyev və ölkənin mərkəzi bölgələri

Günorta saatlarında "Shahed" tipli dronlar Kiyev üzərində peyda olub. Paytaxtın mərkəzi və sol sahilində hədəflər qeydə alınıb. Məktəblilər ilk dərs günündə dərslərini metroda davam etdirməyə məcbur qalıb. Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya hərbi obyektləri deyil, şəhəri iş vaxtında, küçələrdə çoxlu insan olduğu anlarda vurur. Onun sözlərinə görə, bu, adi terror praktikasına çevrilib.

Hava Hücumundan Müdafiə Qüvvələrinin məlumatına görə, eyni vaxtda Jitomir, Vinnitsa və Çerniqov vilayətlərində də dronlar qeydə alınıb. Ekspertlər ehtimal edir ki, kameralı kəşfiyyat dronları Ukraynanın hava müdafiəsi və kritik infrastruktur obyektlərinin yerini müəyyənləşdirmək üçün istifadə olunur.

Belaya Tserkov: ən ağır zərbə

Kiyev vilayətinin Belaya Tserkov şəhəri hücumların əsas hədəflərindən biri olub. Burada güclü yanğınlar baş verib, çoxmərtəbəli binaların şüşələri sınıb, ticarət və istehsal müəssisələri dağılıb. Dövlət Xilasetmə Xidmətinin məlumatına görə, anqarlarda və üçmərtəbəli sənaye binasında alovlanma olub, sonradan söndürülüb. Təəssüf ki, yanğınların söndürülməsi zamanı bir kişinin meyiti tapılıb. Şəhərdə həmçinin bir neçə insan yaralanıb.

Sumi və Odessa vilayəti

Sumi şəhəri də iki dəfə dron zərbəsinə məruz qalıb. Zərbələrdən biri uşaq bağçasının yaxınlığında qeydə alınıb. Nəticədə yaşayış binaları və təsərrüfat tikililəri dağılıb, xəsarət alanlar arasında bir uşaq da var. Eyni zamanda, Odessa vilayətinin İzmayıl rayonunda liman infrastrukturuna hücum edilib. Yerli hakimiyyətin məlumatına görə, vaxtında görülən tədbirlər nəticəsində daha böyük dağıntıların və çoxsaylı insan tələfatının qarşısı alınıb. Bununla belə, 22 yaşlı bir kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rəqəmlər və hava hücumundan müdafiənin fəaliyyəti

Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına əsasən, 2 sentyabr gecəsi Rusiya ümumilikdə 150 "Shahed" və müxtəlif tipli imitasiya dronları buraxıb. Onlar həm Rusiyanın Kursk, Bryansk, Millerovo və Primorsko-Axtarsk bölgələrindən, həm də işğal altındakı Krım ərazisindən havaya qalxıb. Səhərədək hava hücumundan müdafiə qüvvələri 120-dən çox hədəfi məhv edib. Buna baxmayaraq, 30 dron müxtəlif şəhərlərdə hədəfə dəyib, nəticədə yaşayış binaları, müəssisələr və infrastruktur obyektləri dağılıb.

Qışa hazırlıq və yeni risklər

Analitiklər xəbərdarlıq edir ki, yaxın həftələrdə Rusiyanın hava hücumları intensivləşə bilər. Əsas məqsəd isə Ukraynanın enerji infrastrukturunu iflic etməkdir. Hərbi ekspert, UTX-nın sabiq  əməkdaşı İvan Stupakın fikrincə, Moskva yenidən Ukraynanı soyuq və qaranlıq qışa sürükləməyə çalışacaq. Prezident Vladimir Zelenski artıq enerji obyektlərinin müdafiəsini gücləndirmək üçün tapşırıq verib. Ukraynalılar isə yeni "enerji terroru" təhlükəsi qarşısında həm müharibənin, həm də gündəlik həyatın ağır sınaqlarına hazırlaşmalı olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri