Icma.az
close
up
RU
Ukraynaya qarşı İKİNCİ CƏBHƏ Bu ölkə də savaşa daxil olur

Ukraynaya qarşı İKİNCİ CƏBHƏ Bu ölkə də savaşa daxil olur

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Ukrayna müharibəsinə Belarus da cəlb oluna bilər. Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Moskva yenidən Belarusu müharibəyə cəlb etməyə çalışır.
Zelenskinin Belarusdan artan təhdidlər barədə açıqlaması Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin hesabatından sonra verilib. Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus sərhəd bölgəsində Ukrayna ərazisinə aparan yollar çəkilir və artilleriya mövqeləri qurulur. Bu əsasda Ukrayna prezidenti Belarus rəhbərliyinə Ukraynanın özünü müdafiə etməyə hazır olması barədə müvafiq kanallar vasitəsilə xəbərdarlıq edilməsini tapşırıb.
Qeyd edək ki, mart ayının sonunda da Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenkonun hesabatından sonra Ukrayna prezidenti Rusiyanın Belarus ərazisində uzunmənzilli dronlar üçün dörd yerüstü idarəetmə stansiyası yerləşdirməyi planlaşdırdığını bəyan etmişdi.
Belarus da Ukraynaya qarşı savaşa cəlb olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bunun baş verəcəyini istisna etmədi:
“Son günlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyəcan doğuran bəyanatlarının şahidi oluruq. O ölkəsinin bütün variantlara hazır olduğunu bəyan edib. Lukaşenkonun bu açıqlaması ondan xəbər verir ki, Belarus-Ukrayna sərhədində də risklər artır. Kiyevin dayanmaq niyyətində olmadığı da göz önündədir”.
Politoloqun fikrincə, Rusiya ilə Avropa arasında toqquşma da realdır:
“Kiyev mübarizəni davam etdirəcək. Bu fonda da Avropa ölkələrinin daha geniş tərzdə hazırlıqlar gördüyünün şahidi oluruq. Rusiya ilə yeni müharibənin başlanması da gündəmdədir.
Almaniya Rusiya ilə toqquşa bilər. Fransa Prezidenti isə Polşaya gələrək nüvə silahından istifadə ilə bağlı fikir mübadiləsi aparıb. Yəni sanki Avropanın özü böyük bir müharibəyə hazırlaşır.

Belarus da görür ki, sərhədi boyunca dost olmayan qüvvələr hazırlıqlara başlayıb. Ona görə Minsk də öz sərhədi boyunca fəaliyyətini gücləndirir. Hətta onlar lazım olarsa, qonşu ölkə ərazisinə keçib oradakı təhdid nöqtələrini də məhv edə bilərlər.


Bu baxımdan Belarusun da Ukrayna müharibəsinə cəlb olunması istisna deyil. Belarusun ərazi bütövlüyünə təhdid yaranarsa, onun ordusu da hücum mövqeyinə keçə bilər”.
Müsahibimiz deyir ki, Lukaşenko boş yerdən belə dərin hazırlıqlara izn verməz:

“Yəni bu hazırlıqlar boş yerə keçmir. Ola bilsin ehtimal olunan məsələlərin qarşısını almaq məqsədi daşıyır. Hər halda Lukaşenko boş yerdən belə dərin hazırlıqlara izn verməz. Veribsə, deməli nəsə var.

Bir yandan Tramp Lukaşenkoya əlverişli şərait yaradır, onun sanksiyalardan xilasını təmin edir. Digər yandan da Avropa Belarus üçün çətin problemlər yaratmağa çalışır. Bu proseslər fonunda yeni bir gərginlik dalğasını görə bilərik.


Hazırda böyük qlobal müharibənin işartıları gündəmdədir. Yaranmış durumda Ukrayna ilə Belarus arasında qeyri-adi proses baş versə, bu bir o qədər də təəccüb doğurmayacaq”.

Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Aprel 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri