Ulduz futbolçu Fənərbaxçaya gəlir Razılıq verdi
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
"Fənərbaxça" "Əl-Nəssr"da çıxış edən Anderson Taliskanı transfer etmək üzrədir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar məhsuldar davam edir.İddialara görə, "Fənərbaxça" Taliskanı kluba icarə əsasında gəlməsi üçün razı salıb. Bu transferdə "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalının böyük rol oynadığı və futbolçunu razı saldığı qeyd edilib. Bildirilir ki, hazırda "Fənərbaxça" "Əl-Nəssr" klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Anderson Taliskanın "Əl-Nəssr"lə 2026-cı ilə qədər müqaviləsi var. O, illik 12 milyon avro maaş alır. "Fənərbaxça" futbolçunun maaşını aşağı salmaq istəyir. "Fənərbaxça" klubdakı tarazılığı pozmamaq üçün futbolçunun maaşının bir hissəsinin "Əl-Nəssr" klubunun ödəməsini istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Noyabr 2024 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















