Ulduz futbolçunun Fənərbaxçaya transferi açıqlandı
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının "Əl Əhli" klubunda çıxış edən "Liverpul"un sabiq ulduzu Roberto Firmino Türkiyə Superliqasına gəlir.
Metbuat.az xəbər verir ki, onun "Fənərbaxça” ilə anlaşmaq üzrə olduğu deyilir. İddialara görə, "Fənərbaxça" nümayəndələri Səudiyyə Ərəbistanına gedərək, futbolçu ilə danışıqlar aparıb. Danışıqların məhsuldar keçdiyi irəli sürülür. Səudiyyə Ərəbistanında yayımlanan “SBA Sport”da "Əl Əhli"də çıxış edən Roberto Firminonun komandadan ayrılacağı bildirilib. Braziliyalı ulduzun Mourinyonun çalışdırdığı “Fənərbaxça” ilə müqavilə imzalayacağı iddia edilib.
Qeyd edək ki, İngiltərə nəhəngi "Liverpul"da uğurlara imza atan Firmino ötən il "Əl-Əhli" klubuna yollanıb. Səudiyyə Ərəbistanı klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan ulduz hücumçunun hazırki transfer dəyəri 6 milyon avro olaraq göstərilir. Ulduz futbolçu bu mövsüm 19 matçda 6 qola imza atıb, 3 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Dekabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















