Icma.az
close
up
RU
Ulduzların forma “ovuna” çıxan uşaqlar, VAR ın ləğv etdiyi qollar in Azərbaycan Fransa oyunundan REPORTAJI

Ulduzların forma “ovuna” çıxan uşaqlar, VAR ın ləğv etdiyi qollar in Azərbaycan Fransa oyunundan REPORTAJI

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu, Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki son matçı idi və artıq Tofiq Bəhramov adına stadionun yaxınlığına çatanda hiss olunurdu ki, qarşıda qeyri-adi bir axşam var. Arenaya doğru axışan izdiham, uzaqdan eşidilən “Azərbaycan! Azərbaycan!” şüarları, həyəcan - hər məqam göstərirdi ki, bu oyun sıradan bir matç olmayacaq.

Lakin tribunaların səsinə keçməzdən əvvəl bir gün əvvələ - komandaların mətbuat konfransına qayıdaq. Fransızlar mətbuat konfransına gələn kimi tərcüməçidən daha qısa danışmağı xahiş etdilər - onlar üçün məşq uzun cümlələrdən daha vacib idi. Jurnalistlərin çoxluğu isə bir həqiqəti ortaya qoyurdu: Bakıda qonaqlara azarkeş dəstəyi az olmayacaqdı.

Və əlbəttə, Mbappe ilə bağlı sualsız keçmək mümkün deyildi. Didye Deşam gülümsəyirdi - bu sualın gələcəyini əvvəlcədən bilirmiş kimi. Azərbaycanlı jurnalistlər soruşurdular ki, necə oldu Kilyan Ukraynaya qarşı 90 dəqiqə oynadı, amma sonra qəfil zədə aldı? Fransızların cavabları diplomatik idi, amma bir məna daşıyırdı: Azərbaycan ilk oyunda yaxşı təsir bağışlamışdı.

Hətta Azərbaycan millisinin mətbuat konfransında belə Mbappe “otaqdakı görünməz adam” idi - suallar yenə ona yönəlirdi. Yəni o, olmadığı yerdə də “var idi”.

Baş məşqçi Ayxan Abbasova şanslar barədə sual verildi: son oyun, ev meydanı, Fransa - ehtiyat heyətlə. O isə sakit cavab verdi: “Hər şey mümkündür”.

Konfransdan sonra bir fransız jurnalist azərbaycanlı həmkarının əlində “Neftçi” paketini görərək “Qarabağ” məhsullarını haradan almağın mümkün olduğunu soruşurdu. Görünür, “Qarabağ”ın uğurları fransızları da heyran edib.

Və nəhayət, matç başlayır…

Stadion hələ oyunadək dolmaq üzrə idi. Futbolçular isinmə hərəkətlərini edərkən, uşaqlar artıq əlində plakatlarla sədlərin yanında yer tutmuşdu.

Elə əvvəlcə bu plakatların Azərbaycan millisinə dəstək olduğu düşünülür. Lakin yaxınlaşdıqda ingilis və fransız dilində yazılmış adları görürsən. Məlum olur ki, Mbappenin yoxluğu ulduz futbolçulara olan marağı azaltmayıb. Uşaqlar sanki Jules Kunde və digər fransız oyunçularının formalarını “ovlamağa” gəlib. Onlar üçün oyun sanki ikinci planda qalır.

Futbolçuların adları səsləndirilir. Azərbaycan millisində ən gur alqışlar Bəhlul Mustafazadə və Emin Mahmudova ünvanlanır.

Start fitindən cəmi bir neçə dəqiqə keçir…

QOOOOL! Azərbaycan qol vurur!

Stadion partlayır. Hamı ayağa qalxır, qışqırır… Fransız oyunçular əlləri belində dayanıb baxırlar. Fransalı jurnalistlərdə isə gərginlik hiss olunur.

Belə başlanğıcı heç kim gözləmirdi. Azarkeşlər növbəti hücumlarda artıq telefonlarını hazır tuturlar – bəlkə yenə? Və doğrudan da, təhlükəli epizodlar az olmur.

Qısa müddət sonra stadion üzərində fransız azarkeşlərin “la-la-la-la” səsləri yüksəlməyə başlayır. Onlar sayca çox və kifayət qədər ucadırlar: böyük bayraq, megafon… Elə anlar olur ki, onların səsi Azərbaycan fan-klubunun səsini belə üstələyir. Bu, sakit və mülayim islandlar deyil. Fransızlar matç boyu dayanmaq bilmir, oxuyurlar. Onların “la-la-la” səsi bizim “hu-ha” səslərimizlə qarışanda stadionda iki dünyanın musiqili toqquşması yaranır.

…Amma fransızların cavabı çox gecikmir. Onlar qol vurmağa başlayırlar. Lakin iki qolu VAR ləğv edir və hər dəfə stadionda “Azərbaycan!” dalğası qopur. Artıq fransızların digər qollarında uşaqlar havada dördbucaq çəkib “VAR, VAR!” deyirlər - sanki bu sehrli işarə ilə hər şeyi ləğv etdirmək mümkündür.

Üçüncü qol isə Azərbaycan qapıçısının avtoqolu olur. Tribunadan kimsə ah çəkib deyir:

“Yəqin təsadüfən dəydi…”

Başqası əlavə edir: “Özümüz-özümüzə vururuq, fərqinə də varmırıq”.

İkinci hissə isə daha sakit keçir. Tribunada azarkeşlər dalğa yaradır. Uşaqlar isə daim qaçır - ya avtoqraf ardınca, ya da futbolçuları izləmək üçün.

Bəziləri media zonasındakı Nuqzar Kvirtiyanı görüb fotoya qaçır. Başqaları eyvan hissədə Toral Bayramovu görür və ona köynəklər atmağa başlayırlar. Toral isə səbrlə hər birini imzalayır. Uşaqlar o qədər həyəcanlanır ki, bəziləri media zonasına keçmək üçün baryeri aşmağa da cəhd edir. Bir anlıq xaos yaranacağı hiss olunur, amma vəziyyət nəzarətdə qalır.

Matç 1:3 hesabı ilə başa çatır.

Mətbuat konfransında Didye Deşam bir daha rəqibin gücündən asılı olmayaraq hər komandanın hörmətə layiq olduğunu vurğulayır və sonda gözlənilmədən hamını qarşıdan gələn Yeni il münasibətilə təbrik edir.

Ayxan Abbasov isə daha rahat görünür – sanki çiynindən ağır bir yük götürülüb. Jurnalistlər əsas sualları verirlər: onun gələcəyi, çətin dəyişiklik mərhələsi, planlar… Milli komandanın başında qalacaqmı? Hələlik cavab yoxdur.

Bizə isə yalnız gözləmək qalır. Çünki bu axşam bir daha göstərdi: futbolda həqiqətən də hər şey mümkündür.

Leyla Eminova

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri