Icma.az
close
up
RU
Ultimatumlar Kiyevə deyil, Kremlə göndərilməlidir Ukrayna XİN

Ultimatumlar Kiyevə deyil, Kremlə göndərilməlidir Ukrayna XİN

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Macarıstan və Slovakiyanın Kiyevin neft tədarükünü bərpasından imtina edəcəyi təqdirdə elektrik enerjisi təchizatının dayandırılması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "RBK-Ukraina" Ukraynanın Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.

"Macarıstan və Slovakiya hökumətlərini konstruktiv fəaliyyət göstərməyə və məsuliyyətlə davranmağa çağırırıq. Ultimatumlar Kremlə göndərilməlidir, qətiliklə Kiyevə yox", - bəyanatda deyilir.

Nazirliyin məlumatına görə, Rusiyanın şaxtada Ukraynanın enerji sektoruna kütləvi zərbələr endirməsi nəzərə alınmaqla, bu ölkələrin rəhbərliyinin belə hərəkətləri təxribatçı, məsuliyyətsizdir və bütün regionun enerji təhlükəsizliyini təhdid edir.

"Beləliklə, Budapeşt və Bratislava təkcə təcavüzkarın əlinə oynamır, həm də kommersiya əsasında elektrik enerjisi tədarük edən öz enerji şirkətlərinə zərər verirlər", - Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik Budapeşt və Bratislavadan gələn təhdidləri əsassız adlandıraraq qeyd edib ki, Kiyev Ukrayna ilə Aİ arasında assosiasiya sazişində nəzərdə tutulan "erkən xəbərdarlıq mexanizmi"ni aktivləşdirməyi düşünür.

"Biz həmçinin Rusiyanın "Drujba" neft kəməri infrastrukturuna hücumlarının nəticələrini Macarıstan və Slovakiya hökumətlərinə çatdırdıq. Təmir işləri gündəlik olaraq raket hücumları təhlükəsi altında davam edir. Ukrayna həmçinin bu ölkələrə qeyri-Rusiya neftinin tədarükü üçün alternativ həllər təklif edib", - nazirlik bildirib.

Nazirlik əlavə edib ki, Ukrayna Aİ üçün etibarlı enerji tərəfdaşı və enerji ehtiyatları üçün tranzit ölkə olub, ölkədir, gələcəkdə də belə qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Fevral 2026 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri