Icma.az
close
up
RU
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqın rifahı naminə böyük işlər görüb

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqın rifahı naminə böyük işlər görüb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 may, AZƏRTAC

Paytaxtımızın Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü onun adını daşıyan parkda konsert proqramı ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Bakı şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Ulu Öndərin abidəsi qarşısına tər çiçəklər qoyulub.

Mərasimdə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov və başqaları Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı, xalqın rifahı naminə həyata keçirdiyi böyük işlərdən danışıblar.

Çıxışlarda Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, torpaqlarımızın işğaldan azad edildiyi, bu gün həmin ərazilərdə bərpa və quruculuq işlərinin aparıldığı vurğulanıb.

Sonra konsert proqramı təqdim edilib.

Tədbirdə Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Xətai rayon təşkilatı, rayon icra hakimiyyəti, Gənclər və idman baş idarəsinin rayon sektoru ilə birgə təşkil etdiyi inşa, şahmat və mini-futbol yarışlarının qaliblərinə diplom və fəxri fərmanlar, hədiyyələr təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see531

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see134

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see125

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see125

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri