Icma.az
close
up
RU
“Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans keçirilib AZƏRTAC

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə FHN-in Akademiyasında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans təşkil olunub. AZƏRTAC xəbər verir ki, konfransda FHN-in və Ombudsman Aparatının əməkdaşları, Milli Məclisin deputatları, FHN yanında İctimai Şuranın üzvləri və başqaları iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, sonra FHN Akademiyasının Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

Tarixi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anıldığını qeyd edən nazir müavini Ümummilli Lider tərəfindən ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarının qoyulduğunu vurğulayıb. Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib və bu sahədə aparılmış islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.

Ombudsman Səbinə Əliyeva çıxışında Ulu Öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, Ümummilli Liderin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.

Müvəkkil Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə inkişafına yönəlmiş çoxsaylı islahatların əsasını qoyduğunu bildirib.

S.Əliyeva Ulu Öndərin Azərbaycanda hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində apardığı hüquqi islahatların ölkəmizin beynəlxalq hüquq sisteminə inteqrasiyasını sürətləndirdiyini, vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün təsirli mexanizmlərin təsis olunmasına zəmin yaratdığını diqqətə çatdırıb. Müvəkkil dövlətin ali məqsədi olan insan hüquqlarının müdafiəsinə xidmət edən Ombudsman təsisatının da məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını vurğulayıb.

Ombudsman təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirildiyini bildirib, son illərdə insan hüquqları sahəsində bir sıra nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və Əməkdar jurnalist Mübariz Əsgərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı yolunda atdığı tarixi addımlardan danışıb, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatların əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri