Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin atdığı addımlar dilimizi bütün dünyada tanıdıb

Ulu Öndər Heydər Əliyevin atdığı addımlar dilimizi bütün dünyada tanıdıb

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

20-ci əsrin əvvəllərində və ortalarında Sovet Sosialist Respublikasının tərkibinə daxil olan ölkələrin ictimai-siyasi həyatında dil məsələsi olduqca böyük problemlə üzləşirdi. Milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilirdi. Hətta 30-cu illərdə dil məsələsini gündəmə gətirənlərin aqibəti Sibirə sürgün olunma ilə nəticələnirdi. Ana dilinin tətbiqi və istifadəsində əziyyət çəkən ölkələrdən biri də Azərbaycan idi. Tarixi köklərə söykənən ana dilimizin mövcud olmasına baxmayaraq, həmin dövrün ziyalıları dilimizdən istifadə edilməsinə və bu məsələnin gündəmə gətirilməsinə cəsarət belə etmirdilər.

Bütün bu çətinliklərə və dilimizin unutdurulmasına baxmayaraq, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ümumiyyətlə, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ulu Öndər Dövlət dili uğrunda durmadan mübarizə apararaq, xalqı ana dilinin dövlət dili kimi tanınması uğrunda mübarizəyə cəlb etməyə çalışırdı. Azərbaycanın dilçi alimlərinə yüksək diqqət və qayğı göstərməklə, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasına şərait yaratmaqla və bu kimi tədbirlər görməklə ana dilimizin daha da inkişaf etdirilməsinə səy göstərirdi. Ulu Öndər bütün bu təqdirəlayiq əməlləri ilə əslində ana dilimizin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ana dili uğrunda çox mücadilələrdən sonra nəhayət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin yarandığı bir dövrdə, Heydər Əliyevin bu istiqamətdə atdığı doğru addımlar dilimizin inkişafına, sərbəst istifadəsinə və bütün dünyada tanınmasına zəmin yaratdı. Ümummilli Liderin tələbi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  Fərman imzalamış və bu Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir. Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusilə qeyd etmək olar. Məlum Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasından ibarətdir. Müasir dövrün tələblərini nəzərə alaraq ölkə başçısı 17 iyul 2018-ci il tarixdə  “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” da Sərəncam imzalamışdır. Bu Sərəncam isə Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Məhz Prezident cənab İlham Əliyevin Azərbaycan dilininin qorunub saxlanması və inkişafını təmin etmək üçün imzaladığı Fərman və Sərəncamlar xalqımızın tərəqqisinə xidmət edir. Eyni zamanda, bütün bunlar Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqliyindən xəbər verir.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz bir xalq olaraq zamanın cürbəcür sınaqlarından keçərək, dilimizi,  milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər,  ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Azərbaycan dili Azərbaycan xalqının ən böyük milli sərvətidir. Bu tezisi milli-mənəvi dəyərlərə sahib olan hər bir vətəndaş bir an olsun belə unutmamalıdır. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri