Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizi parçalanmadan və genişmiqyaslı işğalından xilas etdi DEPUTAT
Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.
"Ağır durumda ümidsiz qalan xalqımız vəziyyətdən çıxış yolunu yalnız Ümummilli Liderimiz Heydər Əliyevin Bakıya qayıtmasında görürdü. Ən çətin məqamlarda xalqımızın çağırışına səs verən və Azərbaycanın taleyinə biganə qalmayan Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişi ilə xalqımız böyük bəlalardan qurtuldu".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın fəlakətli dövründə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizi anarxiya və parçalanmadan, milli dövlətçiliyimizin məhv olma təhlükəsindən, erməni qəsbkarlarının genişmiqyaslı işğalından xilas etdi, ölkəmizdə dövlət quruculuğuna start verildi:
"Konstitusiyamız qəbul edildi və milli dövlətçiliyimizin əsası olan hüquqi, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirildi, dünya iqtisadiyyatına inteqrasiyası yolunda ciddi addımlar atıldı, aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla yüksək səviyyədə əlaqələr quruldu.Elə bu təməl üzərində Azərbaycanımız artıq dünyada ciddi söz sahibinə çevrilən, beynəlxalq nüfuzu olan ölkələrdən biridir. Azərbaycanın bütün uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin fundamental prinsipləri, siyasi xətti durur. Ulu Öndərimizin "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sözləri andımıza çevrilib. Onun yaratdığı müasir Azərbaycan hər birimizin qürur mənbəyidir! Ruhu qarşısında baş əyir, sayqı və ehtiramla anırıq. Allah rəhmət eləsin".
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















