Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Ulu öndərin Azərbaycanı şöhrətləndirmiş yadigarı

Ulu öndərin Azərbaycanı şöhrətləndirmiş yadigarı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı məişət kondisionerləri zavodu – 50

Bugünlərdə Bakı məişət kondisionerləri zavodunun fəaliyyətə başlamasının 50 ili tamam oldu. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə Azərbaycan paytaxtında qısa müddətdə tikilib istifadəyə verilmiş bu nadir müəssisə Azərbaycanın şöhrətini dünyaya yaymışdı. BMKZ markası ilə tanınan bu zavod SSRİ və Avrasiya məkanında ən böyük belə istehsal idi.

Yubiley ərəfəsində "Bakıkondisioneri" Elm İstehsalat Birliyinin keçmiş baş direktoru, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar mühəndis Fuat Quliyevlə görüşüb ondan müsahibə aldıq.

– Necə olmuşdu ki, SSRİ-nin belə nadir müəssisəsi Bakıda tikilmişdi?

– SSRİ-də məişət kondisionerləri zavodunun yaradılmasının tarixi 1971-ci ilin yayına təsadüf edir. O zaman Daşkənd şəhərində sovet rəhbəri Leonid Brejnevin sədrliyi ilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin birgə iclası keçirilirdi.

Həmin günlərdə güclü istilər iclasın keçirilməsinə ciddi təsir göstərirdi. O zaman xaricdən alınan kompleks avadanlıqlar hesabına kondisioner istehsalı zavodunun yaradılması təşəbbüsü ortaya çıxdı və bu təşəbbüsü Leonid Brejnev dəstəklədi. Qısa müddətdən sonra Ukrayna SSR-in Zaporojye şəhərində məişət kondisionerlərinin istehsalı üzrə zavodun yaradılması haqqında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin qərarı qəbul edildi və bu işlərə 25 milyon dollar vəsait ayrıldı.

Tikinti ilə bağlı SSRİ Elektrotexnika Sənayesi Nazirliyi aparıcı nazirlik kimi müəyyən edildi. Nazirliyin “GiproEnerqoProm” İnstitutu baş layihələndirici oldu. Satınalma müqaviləsinin bağlanılması SSRİ Xarici Ticarət Nazirliyinin əsas idarəsi olan “Sənayeavadanlıqimport”a həvalə edildi. Bu qərar haqqında məlumat alan kimi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev təcili olaraq Moskvaya getdi. O, Leonid Brejnevi inşaat işlərinin 2 ilə başa çatacağına, 1975-ci ilin sonundan gec olmayaraq istismara buraxılacağı şərti ilə zavodun tikinti yerinin dəyişdirilərək Bakı şəhərinə dəyişdirilməsinə inandıra bildi.

Zavodun tikintisinin yerinin dəyişdirilməsi ilə bağlı əsas arqumentlərdən biri o oldu ki, həmin illərdə Azərbaycanda müdafiə sənayesi müəssisələrinin birində məişət kondisionerlərinin istehsal sahəsi mövcud idi. Lakin az miqdarda, primitiv texnologiyalarla istehsal edilən kondisioner istismar zamanı çox səs-küylü idi. Heydər Əliyev qarşıya qoyulan bütün tələbləri həll edəcəyi barədə Leonid Brejnevə söz verdi və vədinə əməl etdi. 1973-cü ilin sonunda tikintisinə başlanan zavod düz 2 ildən sonra – 1975-ci il dekabrın 25-də istismara buraxıldı.

1972-ci ildə Bakıda tikintisi aparılan məişət kondisionerləri zavodunun müdiriyyəti yaradıldı və istedadlı istehsalat təşkilatçısı Sənan Axundov müəssisəyə direktor, Rüstəm Şahmalıyev baş mühəndis, Kamal Munşiyev direktorun əsaslı tikinti üzrə müavini təyin edildi. Azərbaycan Respublikası Nazirlər Soveti tərəfindən tikintiyə nəzarət Nazirlər Kabinetinin sədr müavini Əliş Ləmbəranskiyə həvalə edildi. Tikinti meydançasında onun üçün iş otağı yaradıldı və Əliş müəllim bütün tikinti dövrünü burada keçirdi.

İnşaat işlərinin gedişinə nəzarət və operativ sualların həlli məqsədilə ölkə rəhbərlərinin müşavirələri təşkil edilirdi və hər 10 gündən bir bu müzakirə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin sədrliyi ilə keçirilirdi. Tikintiyə kömək məqsədilə inşaat-quraşdırma, təchizat, nəqliyyat, enerji və respublikanın digər təşkilatları da səfərbər edilərək, bütün istiqamətlər üzrə şəbəkə cədvəlləri tərtib edilmişdi. Bütün məsələlərin həlli və tikintinin aparılma müddətinə ciddi nəzarət edilirdi.

Müvafiq texniki sənədlərlə təminat üçün Bakı Kondisionerləri Xüsusi Konstruktor Texnoloji Bürosu yaradıldı və bu büroya rəhbərlik istedadlı mühəndis, alim Səid Sultanova tapşırıldı. Layihənin tikinti hissəsi Azərbaycan Dövlət Sənaye Layihə İnstitutuna həvalə edildi. İş prosesində layihənin texnoloji hazırlığı da aparıldı. Müəyyən edildi ki, dünyadakı bütün məişət kondisionerləri zavodları eyni sxem üzrə işləyir: komplektləşdirici zavodlar əsas müəssisəni kompressorlar, elektrik mühərrikləri və açarları, rele və digər hissələrlə təchiz edirlər. Kondisionerlər zavodu isə bu detallar vasitəsilə yığımı təmin edirlər.

Lakin həmin dövrdə SSRİ-də yeni yaradılan kondisionerlər zavodunu komplektləşdirici detallarla təmin edəcək zavodlar mövcud deyildi. Bundan başqa, Yaponiya texnologiyaları əsasında kondisioner istehsalı zamanı tələb edilən 45 adda material və komplektləşdiricilər SSRİ-də istehsal edilmirdi. Bu vəziyyətdən çıxış üçün kondisionerin bütün detal və hissələrinin elə tikilən zavodda hazırlanması qərara alındı. Bu da tələb olunan avadanlığın dəyərinin artmasına və müqavilənin dəyərinin 94,5 milyon ABŞ dollarına çatmasına gətirib çıxardı.

Heydər Əliyev bu çox çətin məsələni də həll etdi və tikintiyə pul ayrıldı. SSRİ-də mövcud olmayan lazımi material və komplektləşdiricilər istehsalı üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 2 qərarı qəbul edildi. SSRİ-nin aidiyyəti nazirliklərinə əvvəllər SSRİ-də istehsal olunmayan 45 adda material və komplektləşdirici detalların, o cümlədən yüksəkkeyfiyyətli mis boruların, alüminium folqanın, xüsusi poladın istehsalı təşkil edilməsi həvalə edildi. Bütün bu materiallar tələb olunan vaxtda BMKZ-na təhvil verildi.

Zavodun fəaliyyətinin ilk vaxtlarında müəyyən obyektiv səbəblərdən belə materiallar xaricdən idxal edilirdi. Yeri gəlmişkən, bu materiallar nəinki kondisioner istehsalında, elektrik maşınqayırma, elektrik məişət maşınları və digər sahələrdə də tələb olunurdu. Beləliklə, kondisioner zavodunun inşası SSRİ-dəki çox sayda müəssisələr üçün daha müasir materiallardan istifadə edərək istehsalın təşkilinə təkan verdi. Paralel olaraq, ABŞ, Fransa, Yaponiya və digər ölkələrdən olan xarici şirkətlərlə müqavilələrin işlənməsi davam etdi.

Təkliflər nəzərdən keçirilən zaman SSRİ-də istehsalın konkret, real istehsal şərtləri nəzərə alınaraq layihənin texniki, texnoloji və təşkilati tərəflərinin öyrənilməsini tez və ən tam şəkildə həyata keçirən “Toshiba”, “Tokio Bocki” və “Mitsionun” birgə təklifləri üzərində dayanılması məqsədəuyğun hesab edildi. Layihənin bir çox cəhətdən bənzərsiz olduğu ortaya çıxdı. Belə ki, dünya təcrübəsində kondisionerin bütün hissələrinin bir istehsal sahəsində yığılması praktikası olmamışdı.

1972-ci ildə qeyd edilən şirkətlərlə bağlanan müqavilədə 2 model kondisionerin, rotasion tipli kompressorların, pər mühərriklərinin və ildə 400 min ədəd yalnız soyutma rejimində işləyən, saatda 1500 və 2500 kilokalori soyuqluq istehsalına malik olan BK 1500 və BK 2500 modifikasiyalı 2 model kondisionerlərin istehsalı üçün avadanlıq komplektinin, istehsal edilən kondisionerlərin komplektləşdirilməsi üçün 450 min ədəd rotasiyalı kompressor və 410 min ədəd pər mühərriklərinin lisenziyasının alınması nəzərdə tutulmuşdu.

– Avadanlıqla təchizat, müəssisənin kadrlarla komplektləşdirilməsi və mütəxəssislərin hazırlanması necə həyata keçirilirdi?

– 1974-cü ilin əvvəlindən avadanlıqların Yaponiyanın İokoqama limanından Odessanın İlyiçevsk limanına çatdırılmasına başlanıldı. Yüklər oradan yük qatarları vasitəsilə dəmir yolu ilə Bakı şəhərinə, birbaşa tikinti meydanına çatdırılırdı. Yol boyunca Bakıya gələn yüklərə yaşıl işıq verilirdi. Tikilən zavodun işçiləri tərəfindən bütün marşrut boyunca qatarların keçidinə nəzarət edilirdi. Gətirilən avadanlıqlar, təbii ki, müasir dünya standartlarına uyğun olmaqla yüksək dərəcədə avtomatlaşdırma və mexanizasiyalı idi.

Bu, mühəndis-texniki və işçi personalı üçün yüksək ixtisas tələbləri irəli sürürdü. İntensiv şəkildə lazımi kadrların işə qəbulu və təcrübə keçmək üçün Yaponiyaya göndərilməsinə başlanıldı (200 nəfərdən çox mütəxəssis göndərilmişdi). Bakıdakı bütün müəssisələrdən yüksəkixtisaslı işçilər seçilirdi. Zavodun işçiləri Politexnik və Neft Kimya institutlarında diplom müdafiəsi üzrə komissiyalara daxil edilərək müəssisənin mühəndis-texniki kadrlarla komplektləşdirilməsi üçün ən yaxşı məzunları seçirdilər. Əlavə olaraq, SSRİ Elektrotexnika Nazirliyinin müvafiq əmrinə əsasən, tikilən zavoda yüksəksəviyyəli fəhlə kadrlarının göndərilməsinə hər cür köməklik göstərilməsi tapşırılmışdı.

Bu məqsədlərdən ötrü Bakı zavodunun nümayəndələri nazirliyin aparıcı müəssisələrinə ezam olunur, tövsiyə olunan ixtisaslı kadrlarla müsahibələr apararaq onların sənədlərini baxılması üçün komissiyaya təqdim edirdilər. İşə qəbul edilən mütəxəssislər Bakıya gələn kimi dərhal yaşayış yeri ilə təmin olunurdular. Bütün bu tədbirlər zavodun istismara verilməsi ərəfəsində nəhəng kollektivi savadlı, təcrübəli, bacarıqlı işçilərlə komplektləşdirməyə, mürəkkəb avadanlığın qəzasız və səlis işinin təminatına və lazım gələrsə, profilaktikasına imkan verdi. Avadanlığın sonrakı istismarı dövründə heç bir iri qəza vəziyyəti halı olmadı və 2000-ci illərə qədər qüsursuz işlədi.

Yeni avadanlıqların zavoda gəlməsi ilə eyni vaxtda Yaponiyadan həmin avadanlığın quraşdırılması və istismara verilməsi üzrə mütəxəssislərin gəlişinə başlandı. Pik vaxtlarda zavodda Yaponiyadan gələn 130 mühəndis və sazlayıcı çalışırdı. Müəssisənin inşası zamanı zavodun əsas binasının 72 min kvadratmetr olan ərazisinin metal konstruksiyalarını xaricdən almaq qərara alındı.

Finlandiyanın “Naaraharyu” şirkəti ilə müqavilə bağlandı və şirkət müqavilənin bütün şərtlərini qısa zamanda və effektiv şəkildə yerinə yetirərək metal konstruksiyaların tam şəkildə çatdırılmasını təmin etdi, mühəndis şef montajçı göndərdi, Xüsusi Tikinti Quraşdırma Tresti tərəfindən bütün 72 min kvadratmetr sahə gecikmədən quraşdırıldı.

Ən müasir rotasion kompressorun konstruksiyası tökmə üsulu ilə çuqundan hazırlanmış 5 hissədən ibarətdir. Tökmə istehsalının özünəməxsus xüsusiyyətlərinin olduğu nəzərə alınaraq, Elektrotexnika Sənayesi Nazirliyinin müəssisələrini tökmə detallarla təchiz edən və BMKZ-dən çox da kənarda olmayan Bakı Elektrik Tökmə zavodunda qeyd edilən 5 detalın hazırlanması üçün tökmə avadanlıqlarının – xarici “Disamatik” xəttinin quraşdırılması qərara alındı.

Zavodun iş prosesində böyük miqdarda müəssisələrarası qablaşdırma və qeyri-standart avadanlıq tələb olunurdu ki, bu da maya dəyərini azaltmaq üçün müqaviləyə salınmamışdı. Nazirlik tərəfindən bu avadanlıqların istehsalı Bakı Elektrik Ştampları Zavoduna tapşırıldı. Zavod BK XKTB-nin çertyojları əsasında 1974-cü ildən onları istehsal etməyə başladı, sonradan isə KB-nin çertyojları əsasında ştamp və pressformaların əvəzedicilərini hazırlayaraq BMKZ-ni bu detallarla təmin etdi.

Zavodun layihəsində fəhlə kadrlarının yetişdirilməsi və sonradan onların BMKZ-də işlə təmin edilməsi üçün peşə məktəbinin inşası nəzərdə tutulmuşdu. Bu məktəb zavodla eyni vaxtda tikildi və sonradan mövcud müəssisənin işçi kadrları ilə təminatının əsas mənbəyi oldu.

Bütün Azərbaycan tikinti sahəsində zərbəçi templərlə çalışdı və 1975-ci il dekabrın 25-də işlər başa çatdırıldı. Saat 10:00-da müəssisənin istismara verilməsinə həsr edilən yığıncaqda Heydər Əliyev bütün tikinti işlərinin başa çatdırılması və BMKZ-də kondisionerlərin istehsalına başlandığını elan etdi. Zavodun istismara verilmə mərasimində “Toshiba” şirkətinin prezidenti də iştirak etdi.

Azərbaycan hökuməti zavodun inşası və gələcək inkişafı üçün sahəsi təxminən 30 hektar olan, metronun “Depo” stansiyası ilə üzbəüz böyük bir ərazi ayırdı. Təbii ki, bu ərazini abadlaşdırmaq və yaşıllaşdırmaq lazım idi. Bu məqsədlə, yaşıllaşdırma xidməti yaradıldı və enerjili gənc mühəndis Adil Abdullayev bu sahəyə rəhbər təyin edildi. Zavodun buraxılışı ərəfəsində zavodun daxilində və ətraf ərazilərdə əsas etibarı ilə müxtəlif ölkələrdən gətirilən nadir ağaclardan ibarət böyük park kompleksi yaradıldı.

Əslində, kondisioner olduqca mürəkkəb bir məişət elektrik cihazıdır və peşəkar quraşdırma işlərinin aparılmasını tələb edir. Buna görə də tikinti işləri başa çatmazdan öncə SSRİ-nin müxtəlif şəhərlərində məhsulun satışdan əvvəlki hazırlıq və kondisionerlərin pəncərə yuvasında quraşdırılması, onun qoşulması, istismarına zəmanət verilməsi, istismar müddətində xidmət göstərilməsi və təmiri ilə bağlı zavoda tabe olan atelyelərin yaradılmasına başlanıldı.

Zəmanət müddəti quraşdırıldıqdan sonra 12 ay təyin edildi və bu müddətdə, lazım gəldikdə, pulsuz təmir və ya kondisionerin dəyişdirilməsi aparılırdı. Belə təmir atelyeləri bütün İttifaq respublikalarında yaradıldı və tədricən artaraq ötən əsrin 80-ci illərində 220-yə çatdı. Zavoddakı servis xidmətin ilk rəhbəri, məşhur Azərbaycan müğənnilərinin – Fidan və Xuraman Qasımovaların atası Əkrəm Qasımov idi.

Sonradan atelyelərin bir çoxu genişlənərək kondisionerlərdən əlavə olaraq “Bakıkondisioneri” EİB-də istehsal edilən digər məişət elektrik texnikasının (elektrik dondurmahazırlayanlar, elektrik tozsoranlar, mətbəx kombaynları, mikserlər, qəhvəüyüdənlər, ətçəkənlər, televizorlar) satışını həyata keçirən texniki-ticarət mərkəzlərinə çevrildilər.

İstehsalın həcmi ilbəli artaraq, 1981-ci il üçün 400 min ədəd kondisionerin hazırlanması gücünə çatdı, sonradan texniki yenilənmə nəticəsində hasilat ildə 435 min ədədə çatdırıldı. BK XKTB-nin fəal işləməsi nəticəsində ara modelli olan soyuq hava rejimində işləyən BK-2000, sonradan BK-2300 modeli hazırlandı, daha sonra isti-soyuq rejimdə işləyən BK-1500T, BK-2000T, BK-2300T, BK-2500T modelləri yaradıldı. Sonradan Bakı ilə qardaşlaşmış Sarayevo şəhərində yerləşən “Unioninvest” şirkəti ilə müştərək kondisionerlər buraxılışına başlanıldı.

Zavodda tropik iqlimə malik ölkələr üçün kondisionerlərin istehsalına başlanıldı. Avstraliya, Kuba, Əfqanıstan, Pakistan, Livan, Seneqal, BƏƏ kimi ölkələrə hər il 130-150 min ədəd kondisioner ixrac edilirdi. 1978-ci il sentyabrın 23-də Sov. İKP MK-nın Baş katibi Leonid Brejnev Bakıda olarkən BMKZ-ni ziyarət etdi

O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin həyat yoldaşı, Azərbaycanın görkəmli oftalmoloqu, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, professor Zərifə xanım Əliyeva kondisioner zavodunda göz xəstəliklərinin diaqnozu və profilaktikası üçün laboratoriya yaratdı. Laboratoriya ən müasir avadanlıqla təchiz edilmişdi.

80-ci illərin ortalarında SSRİ-də sənaye müəssisələrinin idarəçiliyinin mərkəzləşsizdirilməsi prosesi başladı. Təcrübə olaraq, az sayda aparıcı müəssisəyə (təxminən, 12-15) öz məhsullarını müstəqil qaydada ixrac etmək və qazanclarını idarə etmək hüququ verildi. Bu, ixrac prosedurlarını çox sadələşdirdi. 1985-ci ildə zavodun öz vəsaiti hesabına mətbəx kombaynları və digər məişət texnikası istehsal edən yeni məişət maşınları zavodu tikildi, 1991-ci ildə isə ildə 1,5 milyon ədəd elektrik mühərriki və onların bazası əsasında mikser, ətçəkən və qəhvə üyüdən maşın istehsalı edən İtaliyanın “Merloni” firması ilə müştərək müəssisə yaradıldı.

– Bu məşhur zavodun nadirliyi nədə idi?

– Zavodda tək ümumi konveyer xətlərinin uzunluğu, demək olar ki, 10 kilometrdir. Əsas odur ki, zavodun texniki avadanlıqlarla təchizatı və tətbiq edilən texnologiya hər bir sahədə həm əsas məmulatın, həm də ayrı-ayrı hissələrin yüksək keyfiyyətinə zəmanət verirdi. Min tonluq pressdə soyuq dərin sorma üsulu ilə kondisionerin əsas aqreqatlarından biri olan kompressorun korpusu hazırlanırdı.

İstehsal prosesi zamanı bənzərsiz aqreqat eyni vaxtda 9 fərqli əməliyyat keçirdi. Bu zaman işin dəqiqliyi məhsulların əlavə emalını tələb etmir. Zavodun əsas sexlərinin avadanlıqları müasir elektronika ilə təchiz olunub və bir çoxu avtomatik rejimdə işləyir. Burada avtomatik kontakt qaynağından istifadə edilirdi ki, bu da bütün birləşmələrin xüsusi etibarlılığını təmin edir.

İstehsalın hər bir mərhələsində, bütün parametrlərə ciddi nəzarət həyata keçirilirdi. Məsələn, işçi təzyiqi 25 atmosfer olan kompressorun hermetikliyi 30 atmosfer təzyiqində sınaqdan keçirilirdi.

Toz metalergiya üsulu ilə kompressor və pərin elektrik mühərrikinin metal keramik hissələri hazırlanırdı. Metal keramika məhsulun davamlılığını və aşınma müqavimətini əhəmiyyətli dərəcədə artırırdı. Onlar möhkəmliyi ilə metaldan geri qalmır, həmçinin kondisionerin istismar müddətini əhəmiyyətli dərəcədə artırır, çəkisini də azaldırdı.

Zavodda suyun qapalı təmizlənməsi prosesi var idi. Ətraf mühit problemlərinin belə bir həlli bir daha istehsal texnologiyasına müasir yanaşmanı nümayiş etdirirdi.

Bakıda istehsal olunan məişət kondisionerləri dünyanın, təxminən, 60 ölkəsində tələb olunurdu. Bakı məişət kondisionerləri zavodunun məhsulları beynəlxalq sərgilərdə diplom və qızıl medallara layiq görülmüşdür. BMKZ-in istehsal nailiyyətləri yüksək idi. İstehsala başladıqdan bəri müəssisə əla nəticələr göstərirdi.

– Necə oldu ki, bu cür istehsal və böyük dövriyyə vəsaitinin mövcudluğuna baxmayaraq, zavod öz fəaliyyətini dayandırdı?

– 80-ci illərin sonlarında SSRİ-nin dağılmasına səbəb olan siyasi proseslər ölkə iqtisadiyyatına təsir etməyə bilməzdi. Uzunmüddətli tətillər, dəmir yolunun dayandırılması və bank sisteminin dağılması müntəzəm olaraq SSRİ-də mövcud olan mal və materialların qarşılıqlı tədarük sistemini süquta uğratdı. Gömrük maneələrinin yaranması da ritmik iş üçün şəraiti yaxşılaşdırmadı.

İnflyasiya nəhəng sıçrayışlarla istehsalçıların səylərini heçə endirir, Çeçenistanda gedən müharibə səbəbindən Rusiyadan gələn malların aylarla yollarda qalması, kütləvi surətdə talan edilməsi, tələb edilən məmulatların dəyərinin ödənilməsinin mümkünsüzlüyü son nəticədə əksər müəssisələrin bağlanmasına səbəb oldu. 70 faiz mal və materialımızın gəldiyi Rusiyadan xammalın alınmasında yaranan problemlərə görə qeyri-standart həll yollarını axtarmağa məcbur olduq.

80-ci illərin sonlarında banklarda nağd pul çatışmazlığı səbəbindən əməkhaqlarının verilməsində yaranan çətinliklər BMKZ-nun fəaliyyəti üçün böyük problemlər yaratmışdı. Belə şəraitdə, fəaliyyət göstərməyin yeganə yolu sovet dövründə alver deyilən biznes oldu. Bu baxımdan, Azərbaycanın bəxti digər postsovet dövlətlərindən daha çox gətirdi. Müdrik və təcrübəli Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdaraq müharibə şəraitində çox çətin problemlərə məharətlə qalib gələrək ölkədə sabitliyə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzalayaraq ölkənin gələcək inkişafının təməlini qoydu.

Çox sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizi uğurla inkişaf etdirir. 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız onun dahi sərkərdəliyi ilə azad edilib və bu gün həmin ərazilərdə böyük bərpa və quruculuq işləri həyata keçirilir, yeni-yeni istehsal müəssisələri yaradılır. Bu da bir istehsalçı kimi bizi çox sevindirir.

Müsahibəni apardı:
Salihə ƏLİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:484
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see361

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see316

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see305

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see278

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see277

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see267

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see253

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see233

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see225

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see205

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see201

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see199

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see196

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see189

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see177

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri