Icma.az
close
up
RU
Ulu Öndərin uğurlu siyasəti nəticəsində milli mənəvi dəyərlərimiz ən yüksək inkişaf mərhələsinə qədəm qoyub

Ulu Öndərin uğurlu siyasəti nəticəsində milli mənəvi dəyərlərimiz ən yüksək inkişaf mərhələsinə qədəm qoyub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 may, AZƏRTAC

AMEA Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmalarının 102-ci ildönümünə həsr olunmuş “Əbədiləşən ömrün dastanı” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, institutun YAP Ərazi partiya təşkilatının dəstəyi ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor studiyasının hazırladığı “Əbədiləşən ömrün dastanı” adlı videoçarx nümayiş olunub.

Tədbiri açan Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, onun hərtərəfli inkişafı və çiçəklənməsinə də böyük töhfələr verib. İstər sovet dövründə, istərsə də müstəqillik mərhələsində Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində milli-mənəvi dəyərlərimiz, dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin azərbaycançılıq siyasətinin dayaqları milli-mənəvi dəyərlər, onların qorunması və dövlətçiliyin təməllərinə çevrilməsi ideyası üzərində bərqərar olub.

“Biz böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin təşəbbüsü və ideya rəhbərliyi sayəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunduğu və öyrənildiyi bir elmi mərkəz – Folklor İnstitutu yaranmışdır. Türk dünyasının ana abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi, dastanlarımızın yenidən, müstəqillik düşüncəsi və kimliyi rakursundan araşdırılması, nəticə etibarı ilə folklorumuzu, xalq yaddaşı və dəyərlərini öyrənən bir qurumun meydana gəlməsinə rəvac verdi. Bu, məhz Ulu Öndərin ideyası və həyata keçirdiyi siyasətin nəticəsi idi”, - deyə H.Quliyev əlavə edib.

Sonra institutun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil “Heydər Əliyev və Azərbaycan folklorşünaslığının inkişafı”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi İlhamə Qəsəbova “Heydər Əliyevin aşıq sənətinə qayğısı”, Azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Cəmilə Novruzova “Heydər Əliyev və Zərifə Əliyeva irsinin gənclər siyasətində rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə, eyni zamanda, AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Afaq Ramazanova, şöbə müdiri, professor Leyla Məmmədova, yazıçı-publisist Mahir Cavadov, aparıcı elmi işçi, dosent Əpoş Vəliyev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səadət İbrahimova, elmi işçi Vüsalə Kərimova Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, mədəniyyət siyasəti sahəsindəki fəaliyyətinə və akademik Zərifə Əliyevanın mərhəmət və şəfqətlə yoğrulan elmi irsinə nəzər yetiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri