Ülvi Babayevin atası AFFA rəsmiləri ilə görüşüb azərbaycanlı futbolçu Rusiya millisində oynaya bilər
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Dinamo"nun oyunçusu Ülvi Babayev Rusiya kubokunda "Krılya Sovetov"la matçda het-trik etməklə azərbaycanlı futbolsevərlərin diqqətini çəkib. Əslən azərbaycanlı futbolçunun performansı sevinclə qarşılanıb.
Sportal.az saytının əldə etdiyi məlumata görə, bir müddət əvvəl Bakıda Ülvi Babayevin atası ilə AFFA rəsmiləri arasında görüş olub. 21 yaşlı futbolçunun Azərbaycan millisinə cəlb olunması məsələsi müzakirə edilib. Lakin mövzu açıq qalıb. Məsələ burasındadır ki, Ülvi Babayevin Rusiya millisinə dəvət almaq variantı var. Onun çıxış etdiyi Moskva "Dinamo"sunu həm də millinin baş məşqçisi olan Valeri Karpinin çalışdırması bu ehtimalları artırır.
Qeyd edək ki, Ülvi Babayevin "Dinamo" ilə müqaviləsi bu mövsümün sonunda başa çatır
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















