Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın gənclər millisinin baş məşqçisi İvan Şabarov komandanın yarımmüdafiəçisi Ülvi Babayevin noyabr toplanışındakı oyununu yüksək qiymətləndirib.
QOL.az xəbər verir ki, mütəxəssis futbolçunun oyun keyfiyyətində ciddi irəliləyiş əldə etdiyini qeyd edib. O, Babayevin milliyə can yandırdığını, tam gücünü ortaya qoyduğunu və bu xüsusiyyəti ilə digər oyunçulara nümunə olduğunu vurğulayıb:
“Ülvi Babayevi yeniyetmələr yığmasından yaxşı tanıyırıq. Komandada olmadığı dövrdə çox inkişaf edib. Bunu yığmaya da yansıdır. O, buraya sadəcə çağırış xatirinə gəlməyib, tam hazırlıqlı və motivasiyalı şəkildə qoşulub”.
Qeyd edək ki, hazırda “Dinamo”nun heyətində yer alan 21 yaşlı futbolçu cari mövsümdə 12 oyuna çıxıb və 5 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Noyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















