Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Ülviyyə Əlinin təxribatçı karyerası Toplum TV , Fakt Yoxla , Meydan TV və sairə...

Ülviyyə Əlinin təxribatçı karyerası Toplum TV , Fakt Yoxla , Meydan TV və sairə...

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Meydan TV" işi üzrə həbs edilən Ülviyyə Əli ilə imzası ilə tanınan Ülviyyə Quliyeva haqqında araşdırmalar onun bir sıra dolaşıq əlaqələrinin və fəaliyyətinin ifşa olunmasına gətirib çıxarıb.

O, 2019-cu ildən etibarən rəsmi əməkdaşlıq etməklə ümumilikdə 1083 material hazırladığı "Amerikanın səsi" media resursundan əlavə, bir sıra media qurumlarında və vətəndaş cəmiyyəti təsisatlarında aktiv şəkildə fəaliyyət göstərib.

Belə ki, o "Toplum TV", "Fakt Yoxla", "Demokratik Təşəbbüslər İnstitutu" təşkilatı, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" mərkəzi, "Azadlıq Radiosu", "Meydan TV", "Mikroskop Media" ilə əməkdaşlıq edib.

"Amerikanın səsi" ölkədəki fəaliyyətini dayandırdıqdan sonra Ülviyyə Quliyeva cari ilin mart ayından başlayaraq, 600 avro qarşılığında Qafqaz regionundan xəbərlər hazırlayan "Jam News" media resursu ilə onlayn qaydada əməkdaşlıq etməyə başlayıb.

Ülviyyə Quliyeva xaricdən olan ödənişləri qəbul etmək üçün Gürcüstanın "TBC" bankında "GE73TB0000002511034003" və "GE92TB7689845164400001" saylı hesablar açıb. Onun "Amerikanın səsi" media resursundan aldığı əməkhaqqı "U.S. Agency For Global Media" təşkilatının, ABŞ-nin "Citibank" və "JP Morgan Chase & Go", Almaniyanın isə "Commerzbank" banklarındakı hesablarından mümkün nəzarət tədbirlərindən yayınmaq məqsədilə "TBC" bank hesabına göndərilib. Nümunə olaraq qeyd etmək olar ki, o, "Amerikanın səsi" media qurumundakı fəaliyyətinə görə təkcə 2023-cü ilin fevral ayında 3 245 ABŞ dolları vəsaiti əldə edib.

Qeyd olunanlarla yanaşı o, 2018-ci ilin sentyabr ayında "Human Right House Foundation" və "People in Need" təşkilatlarının maliyyə dəstəyi ilə Belarus və Ukrayna hüquq müdafiəçiləri ilə birgə Krıma səfər edərək "Crimea: Breaking The Wall of Silence" hesabatının hazırlanmasında iştirak edib.

2019-cu ildə isə Ülviyyə Quliyeva ABŞ-nin Dövlət Departamentinin təşkil etdiyi və əsas istiqamət sahələri demokratiya, insan hüquqları, jurnalistika və qadın liderliyi olan "International Visitor Leadership Program"ında təcrübə keçib. Donorların maliyyələşdirdiyi və müxalifyönümlü jurnalistlərin formalaşdırılması üçün nəzərdə tutulan bir çox təlimlərdə iştirak etməklə xarici təşkilatların nümayəndələri ilə bilavasitə əlaqə qurmuş Ülviyyə Quliyevadan açıq mənbələrdə mövcud olmayan "National Endowment for Democracy" (NED) təşkilatının Cənubi Qafqaz ölkələrini əhatə edən qrant üzrə büdcə sənədi aşkar edilib. Həmin sənədə əsasən 2024-cü ildə "NED" təşkilatı tərəfindən Azərbaycan üzrə qrant layihələrinə 1 132 318 ABŞ dolları vəsait ayrılıb.

Ölkəmiz üzrə qrant layihələri əsasən aşağıdakı istiqamətləri əhatə edir:

- Müstəqil kütləvi informasiya vasitələrinin gücləndirilməsi;

- Vətəndaş aktivliyinin və geniş kütlələrin siyasi fəaliyyətdə iştirakının artırılması;

- Sosial, iqtisadi və siyasi mövzularda analitik fikir yürütmə qabiliyyətinin inkişaf etdirilməsi;

- İnsan hüquqları sahəsində maarifləndirmənin və informasiyanın əlçatanlığının genişləndirilməsi, əsas insan hüquqlarının müdafiəsi;

- Siyasi məhbusların müdafiəsi və monitorinqi;

- Dövlət xərclərinin araşdırılması;

- Korrupsiya və insan hüquqlarının pozulması hallarının aşkar edilməsi üçün dövlət satınalmaları və tenderlər barədə məlumatların analizi və analitik hesabların hazırlanması.

Ülviyyə Quliyeva Almaniyada qeydiyyatda keçirilmiş "Vereinigung für die Demokratie e. V." (Demokratiya uğrunda assosiasiya - red.) təşkilatı üzərindən "Meydan TV"ni idarə edən Metyu Kasperlə imzaladığı müqavilə əsasında əvvəlcə aylıq 550, sonra isə 600 avro müqabilində "Olivia" təxəllüsü ilə əməkdaşlıq edib, eləcə də media resursunun əsas heyəti ilə birlikdə Avropa ölkələrində təşkil edilmiş təlimlərində iştirak edib.

Həmçinin məlum olub ki, Ülviyyə Quliyeva "Qadınlar işdə: Uğura imza atıram", "Müharibədən sonra həyatımız: İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan", "Azərbaycanda gənclər özlərini və digər ölkələrdəki həmyaşıdlarını necə görürlər?", "Bakıda qul bazarı, işsiz kişinin ürək dağlayan hekayəsi", "Yadlar" adında donor maliyyə dəstəyi ilə qərəzli mövzularda hazırlanmış beş qısametrajlı filmin müəllifidir.

22 may - 4 iyun 2023-cü il tarixlərində "Rosa Luxemburg Stiftung" təşkilatının maliyyə dəstəyi ilə Berlin şəhərində "InterCity" hotelində Azərbaycan və Ermənistandan olan feminist fəalların iştirakı ilə keçirilmiş tədbirdə Ülviyyə Quliyevadan əlavə, Rövşanə Orucova, Gülnarə Mehdiyeva, Nisə İsmayılzadə eləcə də, Gayani Ayvazayan, Arpi Balyan, Hasmik Qriqoryan və Armeni Karapetyan iştirak ediblər.

Rövşanə Orucova 2019-cu ildə, Gülnarə Mehdiyeva 2023-cü ildə, Nisə İsmayılzadə isə 2024-cü ildə ölkəni tərk ediblər. Ülviyyə Quliyeva və digərləri Ermənistan tərəfi ilə görüşlərinə dair məlumatları məxfi saxlayıblar.

Bundan başqa, 2015-ci ildə yaradılmış və mərkəzi ofisi Praqa şəhərində yerləşməklə əsasən keçmiş Sovet ölkələrində yaşayan rusdilli əhaliyə hədəflənmiş media şəbəkəsi olan "The Russian Language News Exchange" ilə "Meydan TV"nin birgə layihəsinə dair sənəd aşkar edilib. Həmin layihəyə əsasən hazırlanacaq materiallar Vətən müharibəsindən sonra məcburi köçkünlərin azad edilmiş ərazilərə köçürülməsi mövzusunu əhatə edəcəkdi. Layihənin rəhbəri mühacirətdə olan Belarus jurnalisti Vitali Ruhayindir.

Ülviyyə Quliyeva ölkədə jurnalistika fəaliyyətinə maneə törədilməsini bəhanə gətirərək, psixoloji sarsıntılara görə reabilitasiya proqramına qatılmaq üçün "Cıvıl Rights Defenders" təşkilatından 2028 avro qrant alıb, eləcə də əlavə maddi yardım əldə etmək məqsədilə "Protect Defenders", "Federation Internationale des ligues des droits de l"Homme" Fransa beynəlxalq insan hüquqları liqası və "Front Line Defenders" təşkilatına müraciətlər edib.

Ətraflı Baku TV-nin videomaterialında:

Ülviyyə Əlinin təxribatçı karyerası - "Toplum TV", "Fakt Yoxla", "Meydan TV" və sairə...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri