Icma.az
close
up
RU
Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“NovaMed” klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər”.

Bu barədə “Qafqazinfo”ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.

Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsində istintaq tədbirləri görülərkən “NovaMed”i rəfiqəsinin adına açıb və rəhbərliyi şəxsən özü edib: “Mən 2024-cü ilin sentyabrında orada işə başladım. İşi təhvil verəndə ödənişimin yarısını etdilər, amma 1020 manatımı kəsdilər. Dəfələrlə klinikaya getdim, Ülviyyə xanım mənə deyirdi ki, işi Etibarla danışmısan, pulu ondan al. Etibar Ülviyyənin sağ əli idi. Etibar da deyirdi ki, mənə nə qədər pul veribsə, mən də sənə o qədər ödəyə bilirəm. Beləcə, işi bir-birlərinin üstünə atıb, pulumu ödəmədilər. Ülviyyə xanım həbs olunsa belə, bütün heyəti hazırda həmin klinikada çalışır”.

Məsələ ilə bağlı “NovaMed” klinikasına sorğu ünvanladıq. Cavab belə oldu: “Onun bizə aidiyyəti yoxdur axı. Usta ilə Ülviyyə xanım və Etibar bəy danışıblar. Ustanı “NovaMed” klinikası çağırtdırıb iş gördürməyib. Bundan əlavə, artıq nə Ülviyyə xanım, nə də Etibar bəy buradadır. Məsələn, burada işləyən bir həkim öz otağını təmir etdirmək istəyirsə, ödənişi özü etməlidir, klinika yox”.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə saytımıza bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Xidmətə müraciət daxil olmayıb: “Məsələnin araşdırılması üçün vətəndaşın Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada müraciət etməsi tövsiyə olunur”.

Qeyd edək ki, Ülviyyə İlyasova qanunsuz tibbi fəaliyyəti ilə bağlı bu il aprelin 8-də həbs edilib. Məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.

Ü.İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bundan başqa, o, qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyova Sabir qızının səhhətinə də zərər vurub.  

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see279

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see269

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see262

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see259

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see249

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see249

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see244

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see237

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see236

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see228

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see228

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see224

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see210

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see208

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see201

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see197

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see196

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see190

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see184

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri