Umayra Tağıyeva: Enerji sektorunda yumşalma tədbirlərini diqqətdə saxlayırıq
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
"Azərbaycan 2050-ci ilə qədər qaz emissiyalarını 40% faiz azaltmağı hədəfləyib. Həmçinin, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib".
Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində nazirlərin yüksəksəviyyəli panel iclasında deyib.
O bildirib ki, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq əsas hədəflərdəndir:
"Biz, xüsusilə enerji sektorunda, yumşalma tədbirlərini diqqətdə saxlayırıq. Yeni təqdimat xalis sıfır karbon gələcəyinə dair öhdəliyimizi gücləndirərək, əsas sənayelər üzrə emissiyaların azaldılması üçün ətraflı strategiyaları təsvir edəcək. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair beş prioritet"dən biri Azərbaycanı təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevirməkdir. Bundan əlavə, 2022-26-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında, xüsusilə istixana qazlarının emissiyalarının azaldılması nəzərdə tutulur. Bu strategiya iqlim dəyişikliyi ilə bağlı beynəlxalq layihələrə tam uyğundur və onun həyata keçirilməsi mümkündür".
Baxış sayı:83
Bu xəbər 20 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















