Icma.az
close
up
RU
Umayra Tağıyeva: Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir AZƏRTAC

Umayra Tağıyeva: Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

“İqlim dəyişikliyinin mənfi nəticələri bugünkü həyatımızda özünü büruzə verir. Dünya artıq orta temperaturun və fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır.

Ölkələr və icmalar iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün uyğunlaşma həlləri hazırlamalı və tədbirlər həyata keçirməlidir. Uyğunlaşma tədbirləri ölkənin və ya regionun unikal kontekstindən asılı olaraq bir çox formada ola bilər. Siz yaxşı bilirsiniz ki, “hər kəsə uyğun bir həll” yoxdur, lakin eyni ekosistemləri paylaşan ölkələr üçün əməkdaşlıq, bilik və təcrübə mübadiləsi bu mənada çox vacibdir”.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə deyib.

Nazir müavini bildirib ki, uğurlu uyğunlaşma təkcə hökumətlərdən deyil, həm də maraqlı tərəflərin, o cümlədən yerli icmaların, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatların, dövlət və özəl sektorların, vətəndaş cəmiyyətinin və digər müvafiq subyektlərin fəal və davamlı cəlb edilməsindən, eləcə də biliyin səmərəli idarə edilməsindən asılıdır.

“Ölkələrimiz həqiqətən unikaldır. Coğrafi yerləşməsi və müxtəlif relyefi xüsusilə dağlıq ərazilərdə iqlim dəyişikliyinin səbəb olduğu ekoloji və digər problemlər yaratmaqdadır. Qışda buzlaqların əriməsi və qar sahəsinin azalması çaylarda suyun səviyyəsinin azalmasına səbəb olur. Son 10 ildə quraqlığın müddəti 19 faiz artıb. Yağıntıların ümumi miqdarının 10 faiz azalması kənd təsərrüfatına ciddi təsir göstərib.

Həmin proseslər ekosistemlərə təsir edir və biomüxtəliflik üçün risklərə səbəb olur. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) 6-cı qiymətləndirmə hesabatı növlərin itməsi riskindən bəhs edir. Uyğunlaşma nə edilə biləcəyi barədə mücərrəd düşünmək deyil. Uyğunlaşma xüsusi tədbirlər və adekvat maliyyə tələb edir. COP29 İqlim Fəaliyyəti Gündəliyi iqlim dəyişikliyi ilə bağlı təcili, kritik problemi həll etmək üçün millətlər arasında ortaq öhdəliyimizi nümayiş etdirir.

Azərbaycanda MAP prosesi ilə səyahətimiz BMTİP və Yaşıl İqlim Fondunun dəstəyi ilə başladı. Bu tərəfdaşlıq bizim ilkin milli uyğunlaşma planımızın formalaşmasında mühüm rol oynadı, orada dağlar ekosisteminin zəifliyi qiymətləndirilmiş və müvafiq uyğunlaşma tədbirləri hazırlanıb”, - deyə U.Tağıyeva qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri