“Ümid edirik ki, qızıl medal qazana bilərik” Sambo Federasiyasının prezidenti ə DANIŞDI
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün sambo idmançıları mübarizəyə qoşulublar. Yığmamız Yaqub Abdullayevin rəhbərliyi altında səkkiz idmançı ilə təmsil olunur.
İdman.biz-in Mingəçevirə ezam olan əməkdaşı Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovdan açıqlama alıb.
O, əməkdaşımızın “oyunlarda qızıl medala sahib olmayan Azərbaycan samboçuları bu dəfə qalib gələ biləcəklərmi?” sualını belə cavablandırıb:
“Komandamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında məqsədyönlü və intensiv hazırlaşıb, buna görə də medalların qazanılacağından əminəm. Bəli, rusiyalı samboçular turnirin favoriti hesab olunur. Amma biz də ümid edirik ki, ən azı bir qızıl medal qazana bilərik”.
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















