Ümid edirik ki, Tramp sülh təşəbbüslərini davam etdirəcək” Peskov
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bu, onların daxili işidir" Kreml sözçüsü Dmitri Peskov ABŞ-dəki keçirilən seçkilərin ölkənin daxili məsələsi olduğunu bildirib və əlavə edib:
"Ümid edirik ki, (ABŞ prezidenti Donald) Tramp sülh təşəbbüslərini davam etdirəcək".
Adalet.az xəbər verir ki, Peskov "Life" xəbər portalına verdiyi açıqlamada ABŞ Konqres seçkilərini şərh edib:
"Ümid edirik ki, Tramp sülh təşəbbüslərini davam etdirəcək. Üçtərəfli danışıqlar tezliklə baş tutacaq. Melaniya Trampın sülh təşəbbüsləri uğurlu olub. Ümid edirik ki, bütün bunlar davam edəcək".
Konqresin Trampın təşəbbüslərinə mane olub-olmayacağı soruşulduqda, Peskov "Bu, ABŞ-nin daxili məsələsidir" cavabını verib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Rusiyanın RİA xəbər agentliyinə ABŞ-dəki seçkilərin yekun nəticələrini gözlədiklərini bildirib.
Demokrat Partiyasının Rusiyaya münasibətinin mənfi olduğunu qeyd edən Ryabkov bu, yeni bir şey deyil deyib:
“Ukrayna ilə bağlı prinsipial və ardıcıl mövqeyimiz, ümumiyyətlə xarici siyasətimiz kimi, şərti deyil və digər ölkələrdəki siyasi balansların dəyişməsindən asılı deyil. Biz işimizi Rusiya Prezidentinin müəyyən etdiyi siyasətə uyğun olaraq davam etdirəcəyik”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Noyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















