Icma.az
close
up
RU
Ümid həmişə var...

Ümid həmişə var...

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Qətiyyətli olmaq, ümidini itirməmək (hətta ən çətin anlarda belə) yüksək mənəvi keyfiyyətlərdəndir. Qarşılaşdığı ilk çətinliklərdə belə təslimiyyət bayrağını qaldırmaq isə acizlikdir...
Ailədə istər-istəməz problemlər meydana çıxır. Elə problemlər var ki, maddi imkanlarla həll olunur, elə problemlər də var ki, qətiyyətlə yoluna qoyulur. Bəzi problemləri başqalarının iştirakı ilə həll etmək ən doğru seçimdir. Bəzi problemlərdə isə uşaqların onlardan xəbər tutması belə doğru deyil.
Mövzuya niyə bu girişlə başladıq, bilirsinizmi? - Uşaqları gələcək ailə həyatına hazırlamaq üçün. Ümid və inam - qətiyyətin tərkib hissələridir. Bu hissi övladlarına aşılamaq və qətiyyətli övladlar yetişdirmək hər bir valideynin həm arzusu, həm də borcudur.
Bir həqiqəti bildirmək istəyirik ki, siz bir işə nə qədər çox hazırlaşsanız, nə qədər çox alın təri töksəniz, o iş sizin üçün o qədər asan olar.
Sizə bir misal vermək istəyirik. Yəqin ki, “Titanik” filminə baxmısınız. Həmin filmdə bir epizod var: Gəmi batmaq üzrədir, oğlan ağzı bağlı bir yerdə qalıb və qız onu xilas etmək üçün çırpınır. Bu vaxt qız bir yerdən balta tapır və var gücü ilə suyun dibinə dalır. Sonra da cəmi bir zərbə imkanını o qədər dəqiq yerinə yetirir ki, qapı açılır və oğlan xilas olur. Bu epizod əslində ümid və qətiyyət mövzusunda çox təsirli bir mənzərədir. Əlbəttə ki, hadisələr boğulmaq təhlükəsi olan bir yerdə cərəyan etdiyi və bir saniyənin belə böyük əhəmiyyət kəsb etdiyi üçün...
Demək istədiyimiz odur ki, siz həmişə istədiyinizdə doğru olasınız, istədiyinizdə haqlı olasınız, riyakarlıq, haqsızlıq ağlınızdan belə keçməsin. Əmin olun ki, onda o istədiyinizi Allah (c.c.) sizin üçün asanlaşdırar.
Hər kəsdən ümidini kəsmək, hər kəs haqqında qara düşünmək başqalarına qarşı haqsızlıq, özünüzə qarşı isə zülmdür. Könül ərbabları “Ümid ən sonda ölür” deyirlər. Ümidsiz könül, işıqsız dünya kimidir. Ümdli olacaqsınız, işıqlı olacaqsınız, insanlara ümid paylayacaqsınız, insanlara işıq saçacaqsınız. Görənlər sizdən işıq alacaqlar, həyata ümidlə baxacaqlar...
Ümid arzularla bir boy atır. Arzu böyüdükcə ümid də böyüyür. Odur ki, övladlarınızı arzuları, ümidləri ilə tanıyın. Arzusu necədir, ümidi necədir, bilin. Bəlkə də onlar üçün ən doğru təqdimat elə budur...
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 Oktyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri