Icma.az
close
up
RU
“Ümid var”: Xeyirxahlığın başladığı yer

“Ümid var”: Xeyirxahlığın başladığı yer

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 oktyabr, Günel Alıyeva, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kitablara və təzə mətbəə boyası ətrinə qərq olmuş stendlər arasında xüsusi bir guşə də vardı. Orada reklam və loqo yox idi, amma gülüş səsi gəlirdi.

Bu, “Ümid var” inklüziv yaradıcılıq birliyinin stendi idi. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlar öz işlərini – onların özünəxas dünyaları ilə dolu olan rəsm əsərlərini, əl işlərini və rəsmlərini təqdim edirdilər.

“Ümid var” inklüziv yaradıcılıq birliyi 2014-cü ildən “Uşaqların xoşbəxt gələcəyi naminə” ictimai birliyinin tərkibində fəaliyyət göstərir. Bu illər ərzində təşkilat xüsusi qayğıya ehtiyacı olan şəxslərin dəstəklənməsi və inteqrasiyasına yönəlmiş bir sıra unikal təşəbbüslərin müəllifi olub.

Məhz “Ümid var” birliyi Azərbaycanda Autizmli insanlar üçün ilk dəfə Mədəniyyət Festivalı keçirib, eləcə də eşitmə imkanı məhdud insanlar üçün ilk poeziya axşamı təşkil edib. Daha sonra birlik ölkədə eşitmə imkanı məhdud insanlar üçün ilk mədəniyyət festivalı keçirilməsi təşəbbüsünü irəli sürüb.

Layihələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib ki, bu da inklüziv mühitin yaradılması və xüsusi qayğıya olan uşaqların yaradıcılıq potensialının inkişafına dövlət qayğısının mühüm təsdiqi olub.

“Biz sadəcə sərgilər deyil, həm də inam yaradırıq”

Birliyin sədri Nazilə Məhərrəmova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, artıq on ildir “Ümid var” xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına və özünəinam əldə edilməsində kömək edir.

“Ümid var” inklüziv yaradıcılıq birliyi sağlamlıq imkanları məhdud insanların sosiallaşmasına və cəmiyyətə inteqrasiyasına kömək məqsədi ilə bu kimi tədbirlər keçirir. Hər dəfə belə sərgilər təşkil edəndə və bu uşaqların potensialının üzə çıxdığını görəndə, ilk növbədə onlarda özünəinam artır”, - deyə N.Məhərrəmova qeyd edib.

Sədrin sözlərinə görə, belə sərgilərdə uşaqlar öz işlərini özləri satırlar.

“Onlar bunu müstəqil şəkildə edəndə, bu, nəhəng bir addımdır. Onlar bunu bacardıqlarını, əməyinin lazım olduğunu hiss edirlər. Bunun isə misli-bərabəri yoxdur. Biz onların baxışının necə dəyişdiyini, inamın, təbəssümün peyda olduğunu görürük. Bu, onların qələbəsidir”, - deyə həmsöhbətimiz əlavə edib.

N.Məhərrəmova qeyd edib ki, “Ümid var” artıq on ildir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların özünə inam və müstəqillik qazanmasına kömək edir və bu müddət ərzində çox şey dəyişib.

“On il əvvəllə müqayisədə irəliləyiş göz qabağındadır. Dövlət qurumları və ictimai təşkilatlarla əməkdaşlığımız sayəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı daha müsbət münasibət formalaşdıra bilmişik. Amma təəssüf ki, bu, hələ arzuladığımız səviyyə deyil. Hələ də elə hallar baş verir ki, cəmiyyət bu uşaqları lazım olduğu kimi qəbul etmir. Amma biz inanırıq ki, vəziyyət tədricən dəyişir və bir gün uşaqlarımız cəmiyyətin tamhüquqlu üzvləri kimi qəbul ediləcəklər”, - deyə N.Məhərrəmova bəhs edib.

Birliyin rəhbəri beynəlxalq sərgidə iştirakın əhəmiyyətini də vurğulayıb.

“Bu, bizim üçün mühüm platformadır. Bu fürsətə görə Prezident İlham Əliyevə minnətdarıq”, - deyə o əlavə edib.

Mədəniyyət naziri Adil Kərimli şəxsən stendə nəzər yetirib, uşaqlarla söhbət edib, hətta onların bir neçə əsərini alıb: “Uşaqların gözlərinin necə parladığını görməli idiniz! Onlar həddsiz xoşbəxt idilər. Axı bu, sadəcə diqqət deyil, tanınmadır”, - deyə həmsöhbətimiz bildirib.

İnklüzivlik bərabərlikdən başlayır

“İnklüziv cəmiyyət o deməkdir ki, hər kəs həyatda iştirak etmək üçün bərabər imkanlara malikdir. Biz hər yerdə belə şərait yaratmalıyıq. Hətta bu kitab sərgisi də inklüziv mühit yaratmağın mümkünlüyünə gözəl nümunədir. Bizim uşaqlarımız burada sadəcə iştirakçı deyillər, onlar həm rəssam, həm satıcı, həm də dost əldə edən məktəblilərdir. Bu, onların sosiallaşması və inteqrasiyası üçün inanılmaz dərəcədə böyük əhəmiyyət kəsb edir. Mən belə bir təcrübənin hər yerdə yayılmasını xəyal edirəm”, - deyə Nazilə xanım bildirir.

Onun sözlərinə görə, bu uşaqların bəziləri xüsusilə emosional olurlar. Onlar rəsm çəkəndə sakitləşirlər, sanki bütün hisslərini kağıza köçürürlər. Onlar üçün rəssamlıq təkcə yaradıcılıq deyil, bir növ terapiya, daxili harmoniyaya qovuşmaq üsuludur.

“Pərvanə adlı qız nazirin onun tablosunu aldığını öyrənəndə, duyğularını saxlaya bilməyib və sevincdən rəqs etməyə başladı. Bu uşaqlar hisslərini bir çox böyüklərin bacara bilməyəcəyi şəkildə - səmimi, təmiz, yalan olmadan ifadə edə bilirlər. Sevinc, kədər, inciklik, yaşadıqları hər şeyi tam ürəkdən yaşayırlar”, - deyə Nazilə xanım vurğulayıb.

Daha sonra o, yaddaşlarda uzun müddət qalacaq sözləri əlavə etdi: “Onlar, ola bilsin ki, fərqlidirlər, amma biz də hamımız fərqliyik axı. Hər kəs bu dünyaya özünəməxsus xüsusiyyəti ilə gəlir. Onların özəlliyi – gözəlliyi, saflığı və səmimiliyidir. Onları olduğu kimi qəbul etməyi öyrənsək, dünyamız şübhəsiz ki, daha mehriban olacaq”.

Sərgi iştirakçıları arasında Daun sindromlu Zəhra Alxasova da var idi. Onu görməmək mümkün deyildi: o, masasına yaxınlaşan hər kəsə gülümsəyirdi.

Mən onun stendinə yaxınlaşanda Zəhra canlandı və işlərini nümayiş etdirməyə başladı. O, həyəcanla əlimdən tutdu və diqqətlə əl işlərini və rəsmlərini qarşıma düzməyə başladı.

Onun əsərlərini uzun müddət nəzərdən keçirirdim – onlar sadə, lakin heyrətamiz idi, səmimiyyətlə yaradılmışdı.

“Nə gözəl çəkirsən, Zəhra” , - deyə söylədim. - Sənin əllərin qızıldır”.

Qız ovuclarını yanaqlarına yaxınlaşdırıb sıxdı, utanaraq güldü və birdən mənə daha bir neçə əl işini göstərdi. Sonra Zəhra mənə baxdı, sanki anı yadda saxlamaq istəyirdi. Sonra yaxınlaşıb məni qucaqladı...

Və o an hər şey yox oldu - sözlər, rollar, rəsmiyyətlər. Qalan yalnız daxili nurla dolduran saf, həqiqi xeyirxahlıq idi.

Anası Səadət Alxasova danışır ki, qızı kiçik yaşlarından rəsm çəkməyə maraq göstərib.

“O, həmişə əlini qələmə tutub, nəsə çəkirdi. Məktəbə gedəndə isə onun qabiliyyəti daha da inkişaf etməyə başladı. İndi Zəhra təkcə rəsm çəkmir, həm də rəqs edir”, - deyə anası bildirir.

Sonra ana əlavə etdi: “Bizim övladlarımız çox safdır. Onlarda kin və paxıllıq yoxdur. Onlar Günəş kimidirlər. Sadəcə parlayırlar”.

Şamxal - dünyanı boyalar vasitəsilə eşidən rəssamdır

Stendin o biri tərəfində autizm spektri pozğunluğu olan 27 yaşlı Şamxal dayanmışdı. O, diqqəti cəmlənmiş və sakit idi. Mən yaxınlaşanda, o, mənə baxdı və sadəcə dedi:

“Mənim adım Şamxal Xələflidir. Mən rəsm çəkirəm”.

Anlamaq üçün bu kifayət idi: onun hər sözü bir hərəkətdir, hər hərəkəti bir mənadır.

Anasının dediyinə görə, o, iki yaşına qədər adi bir uşaq kimi inkişaf edib - danışır, yeriyir, gülürdü. Sonra geriləmə baş verdi.

“Biz addım-addım, günbəgün irəliləyirik. Sözlə ifadə edə bilmədiyi hər şeyi boya ilə təsvir edir. O rəsm çəkəndə xoşbəxtdir. Biz də onunla birlikdə xoşbəxtik”.

Bu gün Şamxalın rəsm əsərləri Cənubi Koreya, Yaponiya və Qazaxıstanda sərgilənir. O, bir sıra inklüziv müsabiqələrin qalibidir.

“Rəsmi satılan kimi dərhal yeni boyalar və kətanların alınmasını xahiş edir. Bu, onun həyatıdır. Onun nəfəsalma üsuludur”, - deyə anası gülümsəyir.

O əlavə edir: “Bu uşaqlar bizə insanlığı öyrədirlər. Onlar səmimi, mehriban və paxıllıqdan uzaqdırlar. Əgər cəmiyyət onları diaqnoz deyil, ruh üzərindən görməyi öyrənsə, daha saf olar”.

Onlara müşahidə edərək anladım ki, “Ümid var” layihəsi sadəcə inklüziv təşəbbüs deyil. Bu, insanların fərqli hiss etməyi öyrəndiyi bir məkandır: gözlə deyil, ürəklə. Burada diaqnozlar seçilmir - burada xəyallar çəkilir.

Həmin gün “xüsusi” və ya “adi” insanların olmadığı bir dünyada olduğum kimi hiss edərək stenddən ayrıldım. Sadəcə insanlar var - səmimi, mehriban və açıq.

Zəhra mənə əl yelləyib təkrar qucaqladı. Mən düşündüm: onların dünyasında minnətdarlıq istənilən sözdən daha yüksəkdən səslənir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 04:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri