Icma.az
close
up
RU
Ümid, qorxu və həqiqət Ləman İlkin yazır

Ümid, qorxu və həqiqət Ləman İlkin yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ləman İLKİN

Qəribədir, yaşım az olsa da, yaman səbirsizəm. Oxuduğum kitabı, həvəslə başladığım işi yarımçıq qoymaq vərdişə çevrilib. Yaşıdlarımdan fərqli olaraq filmlərə, seriallara da maraqsız yanaşıram. Böyük vaxt kəsiyi ərzində bir-iki filmə güclə baxıram. Hərdən o filmləri belə yarımçıq qoyuram. Təkcə balaca qardaşımın təkidi ilə baxdığım filmləri sona çatdırıram. O da ki qorxumdan. Beş yaş balaca olmasına baxmayaraq, elə bilirəm məndən beş yaş böyükdür. Nə yalan deyim, zövqü belə məndən yaxşıdır. Onunla baxdığım filmlərin təsirindən sözün açığı, uzun müddət çıxa bilmirəm.

Oxuduğum kitablarda dadı damağımda qalan cümlələr kimi, baxdığım filmdə də dadı damağımda qalan səhnələr, replikalar olur. Hərdən həmin səhnələrdən dərs çıxartmaq istəyirəm, sonra düşünürəm ki, axı mən elə bir şey yaşamamışam. Həmin situasiya ilə rastlaşmağıma baxmayaraq, uzun müddət səhnənin təsirindən çıxa bilmirəm. Sanki bu dəqiqə mən də oxşar hadisəni yaşayacağam, ordan çıxaracağım dərs mənim köməyimə çatacaq.

Şouşenkdən qaçış

"- Dünyada daşdan olmayan və heç kimin səndən ala bilməcəyi bəzi şeylər var. Sənin daxilindən ala bilməyəcəkləri və toxuna bilməyəcəkləri şeylər.

- Nə?

- Ümid".

Uşaq olanda baxdığımız filmlərdə sehri olan qəhrəmanlara həsəd aparar, onlar kimi olmağı, xüsusi gücümün olmasını arzulayardım. Böyüdükcə başa düşürsən ki, əslində elə insan özü sehrli qüvvədir. Sadəcə filmlərdəki obrazlardan fərqli olaraq, bizim sehrimiz bir anın içində olmur, müəyyən zaman keçəndən sonra istədiyimizə nail olmağımız mümkündür. Bu zaman ərzində o sehri qüvvədə saxlayan hisslər var - ümid və inam.

Ulduzlararası

"Əvvəllər göyə baxıb ulduzlardakı yerimizi bilmək istəyərdik. İndi isə başımızı aşağı salıb torpağdakı yerimizi düşünürük".

Qəribədir, uşaqlıqdan göylər hər zaman daha maraqlı olub. Elə o vaxtdan bütün yaxşıların, mələklərin göylərdə olduğunu düşünmüşük. Uşaq olanda daha təmiz, daha saf idik axı. Buna görə də özümüzü o təmiz göylərə layiq bilirdik. Amma böyüdükcə, çirkaba bulandıqca fərqinə varırıq ki, qaranlıq, bütün vahiməli varlığların olduğu yeraltı dünya - torpağın altı layiq olduğumuz tək yerdir.

Çernobıl

"Biz həqiqəti axtarmağa o qədər diqqətimizi cəmləmişik ki, əslində, az adamın onu tapmağımızı istədiyini görə bilmirik. Ancaq görsək də-görməsək də, seçsək də-seçməsək də, həqiqət həmişə oradadır. Reallıq bizim ehtiyaclarımıza və istəklərimizə əhəmiyyət vermir. Hökumətlərimizə, ideologiyalarımıza, inanclarımıza əhəmiyyət vermir. Həmişə pusquda dayanıb gözləyir. Bir vaxtlar həqiqətə görə verəcəyim cavabdan qorxurdum. İndi isə sadəcə bir şey maraqlıdır - yalanların cavabını necə verəcəyəm".

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində belə bir ifadə var: "O, çirkin də olsa, həqiqət olduğu üçün gözəldir". Acı həqiqət bu qədər gözəldirsə, niyə insan övladı şirin yalana daha çox can atır? Nə üçün doğru olanı danışmaq qədər onu eşitmək də bizə çətin gəlir? Sözün düzü, deyəsən, bu barədə bir fikir bildirə bilməyəcəm. Bunun səbəbini isə hələ yaşımın az olması ilə əlaqələndirirəm (Cavab verə bilmədiyim hər sualdan bu bəhanə ilə boyun qaçırmağı da vərdiş halına salmışam). Ya indiyə kimi az yalan eşitmişəm, ya da doğru bildiklərimin əslində böyük bir yalan olduğunu hələ də dərk edəcək yaşa gəlib çıxmamışam. Bəlkə də, elə böyüməkdən buna görə qorxuram. Bəlkə də, oxuduğum hər kitab, baxdığım hər film məni həqiqətə daha çox yaxınlaşdırır deyə onlardan qaçıram. Geriyə boylananda görürəm ki, elə çoxumuz yalanlarla böyümüşük. Hər yeni il eşitdiyimiz "Şaxta Baba sənə nə gətirsin?", yıxılanda eşitdiyimiz "Böyüyəndə yadından çıxacaq", yatmaq istəməyəndə eşitdiyimiz "Yatsan, səni parka aparacağam", sevmədiyimiz yeməyi bizə verəndə "Bu yeməyi ye, sənə konfet verəcəyəm" kimi yalanlar uşaqlıqda bizi necə xoşbəxt edərdi. Deməli, xoşbəxtliyi yalanlarda görə-görə böyümüşük. Buna görə də şirin yalana daha çox can atırıq. Sonda bizi nəyin gözlədiyini bildiyimiz halda...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri