Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Ümid sizədir ancaq, Azərbaycan gəncləri...

Ümid sizədir ancaq, Azərbaycan gəncləri...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Gənclik insan həyatının xəzinəsidir. Bu xəzinənin qiymətləndirilməsinə görə insan ya böyük sərvət – kamil ömür əldə edir, ya da faciəvi qocalıq yaşayır. Gənclər hər dövrdə və hər coğrafiyada xalqların ən qiymətli sərvəti olub. Gəncliyin dəyəri həm də ona görə böyükdür ki, o, keçmişlə gələcək arasında körpünün yaradılmasına xidmət edir, ənənələr ilə yeniliklər arasındakı körpüdür, öz keçimişini gələcəyə daşıya biləcək ən mühüm vasitədir. Yenilikçi, ixtiraçı gənclik milli və mənəvi dəyərlərə görə tərbiyə aldıqdan sonra o gələcək möhkəm olmağa məhkum olacaq.

Əslində kəşf olunmağı gözləyən ən böyük dəyərlərimizdən biri də gənclərdir. Gənclik öz yolunu və həyat tərzini təyin etməyin başlanğıc dövrüdür. Bəşəriyyət cəmiyyət kimi formalaşmağa başladığı vaxtdan gəncliyə xüsusi önəm verib. Bütün dinlərdə gənclərlə bağlı hikmətli sözlər deyilir, bütün müdriklər gənclərin gələcəyə körpü olması barədə danışıb, mənəvi dəyərlərə önəm verilərək tərbiyə olunmalarını əsas tutub, bütün xalqlar vətənpərvərliyi onların timsalında təbliğ ediblər.

Milllətçilik ideallarında millətin gələcəyi onlara tapşırılır, sosializm öz gələcəyini bu ideyalara sadiq gənclərdə görür, dövlət öz siyasi kursunun təbliğini potensial vəd edən gənclərə həvalə edir, milli-mənəvi ənənələrin təbliği onlar vasitəsi ilə həyata keçirilir. Çünki gənclər cəlddir, temperamentlidir, parlaq gələcək vəd edirlər. Asanlıqla öyrənirlər, öyrəndiklərini asan tətbiq edirlər. Gənclər həmişə yenilikçidirlər, lakin bunun fonunda əgər milli adət və ənənəyə, vətənpərvərlik ideyalarına sadiq qalınaraq tərbiyə olunublarsa həm millətçiliyə, həm dövlətçiliyə, həm mənəviyyata, həm də vətənpərvərlik ideyalarına sadiqdirlər.

Bu gün hər kəsin qəbul etdiyi qaçılmaz bir həqiqət var ki, o da uşaqlarımızın yaşayacağı zaman bizim yaşadığımız zamandan çox fərqli olacaq. Bu baxımdan övladlarımızın malik olacaqları bilik, bacarıq və davranışlar əlbəttə ki, valideynlərinkindən fərqli olacaq. Onlar yaradıcı, yenilikçi, ixtiraçı bir dövrdə yaşayacaqlar, innovasiyanın bütün mərhələlərini keçəcəklər. Valideyn olaraq bizim borcumuzdur ki, innovativ gələcəyə övladımız öz mədəniyyətinə, adətinə vətəninə bağlı fərd kimi getsin.

Gənclərin əksəriyyəti elmi, texnoloji inkişafları yaxından izləmək və bunu sosial və iqtisadi faydaya çevirmək qabiliyyətinə malik olur. Bu bacarıqlarını cəmiyyətimiz üçün faydaya çevirəcək qazanc əldə etmək üçün dövlət onlara maksimum imkan yaratmalıdır. Gənclər adətən problemlərdən xəbərdar olur, maraqlanır və araşdırma aparır, yaradıcı olur və təxəyyülünü inkişaf etdirir, həll yolları fikirləşir. Daha kreativdirlər, daha dinamikdirlər. Dayanmırlar, yorulmurlar, daim axtarışdadırlar. Təşəbbüskar, dəyişikliklərə və inkişafa açıq olan, eyni zamanda dəyərlərinə, milli kimliyinə sadiq olan gənclik yetişdirmək bizim dövlətə və cəmiyyətə ən böyük xidmətimiz olar.

Bu gün bütün dünyada gənclərin konqresləri, seminarları, maarifləndirici mühazirələri və konfransları keçirilir. Həmçinin gənclərin fləşmobları, yaradıcılıq sərgiləri və digər tədbirlər təşkil olunur, müxtəlif ölkələrdə yaşayan gənclər bir araya gətirilir. Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, gənclərin sosial-iqtisadi siyasətdə fəal iştirakının təmin edilməsi prosesi prioritet məsələdir. Respublikamızın ictimai-siyasi həyatı, gənclərin sosial-mənəvi tələbatlarının ödənilməsi, onların formalaşması və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaradılması üçün də bu mühüm məsələdir.

Etiraf edək, 90-cı illərin əvvəllərində, SSRİ-də yeganə gənclər təşkilatı olan komsomolun fəaliyyəti dayandırıldıqdan sonra gənclər mənəvi boşluğa, böhrana düşdülər. Çay evlərində gün keçirən, bekar gəzən gənclər ordusunun yaranma təhlükəsi hiss olundu. Amma müstəqilliyin ilk illərində ictimai-siyasi fəallıq gənclərdən də yan keçmədi, meydanlarda, mitinqlərdə çox sayda gənc görünürdü. Dövlətimiz gənclərin çiyinləri üstündə inşa olundu desək, yəqin ki yanılmarıq. Gənclərin prinsip, mənəvi dəyər, həyata baxış sistemi formalaşmağa başladı, yeni müstəqil gənclər təşkilatları yaradılmağa başladı. Bu da təbiidir, gənclik xalqın ümidi, onun inkişaf və tərəqqisinin əsas meyarı və barometridir, hər bir cəmiyyətin maddi və mənəvi tərəqqisi bilavasitə gənclər siyasətinin düzgün qurulmasından, təşkilindən və aparılmasından, sosial-mənəvi tərəqqidən asılıdır.

Dövlətin gələcəyini zəmanət altına almaları üçün gənclərin yaxşı təhsil almaları şərtdir. Bu günkü təhsil sistemi onlara innovativ bir gələcək vəd edirmi? Birmənalı olaraq deyə bilərik ki, yox. Əgər gənclərin gələcəyimiz olaraq formalaşmasını istəyiriksə onların potensialını üzə çıxaracaq təhsil sistemi yaradılmalı və tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrdə qəbul edilməyən təhsil proqramları ilə şagirdlər üzərində dəlləklik edən təhsil sistemimiz bunu onlara borcludur. Effektiv öyrənmə və imkanları özündə ehtiva edən dinamik özül yaradılmalıdır. Fərqlilik yaratmaq adı ilə naməlum təhsil proqramlarını tətbiq edib uşaqların beynini qarışdırmaq yerinə effektiv üsullar tapılmalıdır. Gənclərin yalnız təhsil yox, həm də təlabat olan peşələrə yiyələnmələri üçün stimul verilməlidir. Peşə təhsili almaq üçün onlarla söhbətlər aparılmalı, peşəkar xarrat, bənna, dəmirçi, pinəçi, qənnadçı, dərzi kimi işlərdə yaxşı əməkhaqqı vəd edilməlidir.

Gənclərin analitik və düşünmə qabiliyyətini inkişaf etdirməsi və uğur qazanması üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Ölkəmizdə nə qədər gənc dərsdən əlavə hər hansı beyin inkişafı vəd edən layihələrə, təlimlərə qoşula bilir? Bunun üçün maddi və mənəvi imkanı, şəraiti olurmu? Gələcək həyatına hazırlıq mərhələsində olan gənclər ahıl və qocalıq çağlarına hansı yatırımı edə bilirlər?

Ulu öndər Heydər Əliyev gənc nəslin əxlaqi tərbiyəsi məsələlərinə xüsusi diqqət yetirir, gənclərə ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dərindən və hərtərəfli öyrənməyi və mənimsəməyi tövsiyə edirdi. O deyirdi ki, gənclər milli dəyərləri, milli adət-ənənələri, dili, dini və tarixini bilməyən və mənimsəməyənlər vətənpərvər ola bilməzlər. O deyirdi: “Vətənpərvərlik təkcə hərbi xidmət deyil, Vətənə sadiq olmaq, doğma torpağı sevmək, onu müdafiə etməyi bacarmaq deməkdir. Vətənpərvərlik budur”

Azərbaycanda ali hərbi məktəblərin açılması isə milli hərbçi kadrların hazırlanmasında çox böyük bir iş idi. Bu məktəblərdən böyük generallar, hərbi mütəxəssislər yetişdi və onlar 1-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun özəyini təşkil etdilər. Heydər Əliyevin Sovet dövründə yeni mərhələyə qədəm qoyan ölkəsi, doğma xalqı qarşısında ən böyük və misilsiz xidməti o idi ki, Azərbaycan 1991-ci ilin sonunda İttifaqdan ayrılıb müstəqilliyini elan etdiyi vaxt respublikamız əvvəlcədən hazırlanan həmin kadrların sayəsində artıq müstəqil bir dövlət kimi yaşamağa tam hazır idi.

Həm I, həm də II Qarabağ Müharibəsi zamanı dünyanın hər tərəfindən Azərbaycan həmrəyliyinin sədası eşidildi. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar orduya dəstək məqsədi ilə yardım topladılar, illərdir xaricdə yaşayan gənclər cəbhəyə getmək üçün vətənə döndü, onlar dar gündə dövlətinin, ordusunun yanında olduqlarını, həmrəy olduqlarını hiss etdirdilər. Xüsusilə II Qarabağ Müharibəsi günlərində cəbhəyə yardım uğrunda bir-biri ilə yarışdı gənclər, magistral yolların kənarında gecələdilər, orduya yardım göndərə bilmək üçün bütün mümkün vasitələrə əl atdılar. Bu həmrəylik cəbhədə əsgərlərə ruh verdi, güc verdi, stimul verdi.

Dünyada sülhün bərqərar olması, bütün dünya xalqlarının dinc yaşaması üçün gənclərin həmrəyliyi lazımdır. Bütün dünya gəncləri birləşib həmrəylik göstərərsə, hər ölkədə sülh üçün təbliğat aparılsa, dinc yaşamaq üçün cəhdlər göstərilsə, bəlkə bir gün dünya yaşanılacaq yerə çevrilər.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri