Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Ümidlərimizin can verdiyi gün: ATƏŞKƏS:12 may 1994

Ümidlərimizin can verdiyi gün: ATƏŞKƏS:12 may 1994

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 31 il ötür.

Adalet.az-ın xəbərinə görə, 1994-cü il mayın 5-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanan sənəd mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması təklifi ilə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında saziş layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulan sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, Dağlıq Qarabağın erməni icmasının üzvü, həmin günlərdə "DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. Həmin gün A.Cəlilovdan başqa hamı sənədi imzalayıb.

Yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilib və daha sonra sənədin əsli də oraya gedib çıxıb. Sənədi ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imza atıb.

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atıb. "Bişkek protokolu”nun 5-ci abzasında "tutulmuş ərazilər” sözləri "işğal olunmuş ərazilər” sözləri ilə əvəzlənib və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası” olması qeyd edilib.

Bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi” imzalamalı idilər.

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

P.S. O gündən düz 31 il keçdi. O vaxt 30-35 yaşlı gənc indi 65-ı ötüb. Uzun bir zamandır. 30 il yurdundan kənarda yaşamaq ağrı - acı verici bir haldı. Ömrünün ən gözəl 31 ili alnında köçkün damğası ilə “yurdunu qoydun qaçdın” töhməti ilə yataqxanalarda, vaqonlarda, inzibati binalarda yaşamaq üçün ən əlverişsiz yerlərdə çürütməyin neçə ağır olduğunu o 31 ili yaşayanlar bilər!

Hələ də insan kimi yaşaya bilmədiyim ömrümün məhv olmuş 31 ilinə ağlayıram. Bu itki gedər-gəlməzdi deyə barışa bilmirəm... 31 il...

Sonra da düşünürəm... bu 31 il 1 milyon köçkünün dərdi oldu, məğlubiyyəti, ayrılığı, acısı, töhməti oldu...

Amma 2020-ci ilin sentyabrında başlanmış 44 günlük müharibənin uğurunu görəndən sonra başqa fikirlər də ağlıma gəlir: 1994-cü il 12 mayda imzalanmış "Bişkek protokolu”, “Atəşkəs sazişi” bəlkə bizə verilən növbəti şans idi? Güclən, qüdrətlən, dərdini, problemini dünyaya tanıt, düşmənlərini tanıt sonra təmkinlə, qürurla get yurdunu-yuvanı, torpaqlarını azad et!

 Qarabağda ən sonuncu işğala məruz qalan Ağdam rayonu Baş Qərvənd kəndi  1994-cü il 26 aprelində - Atəşkəs müqaviləsindən 16 gün əvvəl ermənilərin tapdağına düşdü. Hərdən düşünürəm ki, kaş o atəşkəs müqaviləsi mayın 12-də yox , kaşki, aprelin 12-də baş tutaydı... Mənim kəndim işğal olunmayaydı...

 Şükür bu günə! Şükür ordumuza, şükür dövlətimizə! Şükür xalqımızın qazandığı QALİB adına!

 Əntiqə Rəşid 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:844
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri