Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi Azərbaycanın dayanıqlı urbanizasiya sahəsində qlobal müstəvidə rolunu göstərir ŞƏRH
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan xalqı minilliklər boyu mədəni yaddaşını memarlığın simasında və yaratdığı şəhərlərdə qoruyaraq, şəhərsalma və memarlıq ənənələrini formalaşdırıb, onu nəsildən-nəslə ötürüb. Ümummilli Lider Heydər Əliyevin milli kimlik, dil və mədəniyyət haqqında söylədiyi fikirlər bu gün də Azərbaycanda dövlət siyasətinin ideoloji dayağıdır. Bu xətt Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, bu gün UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Şəkinin tarixi mərkəzi, Qobustan təkcə tarixi abidələr deyil, eyni zamanda, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrdir.
“Təəssüf ki, Azərbaycanın mədəni irsinin bir hissəsi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb. Məscidlər, qəbiristanlıqlar, tarixi abidələr məhv edilib. Bu, yalnız Azərbaycana deyil, bəşəriyyətin mədəni irsinə qarşı törədilən cinayətdir. Bu səbəbdən Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, tariximizin, mədəniyyətimizin və şəhərlərimizin geri qayıdışıdır. Bu baxımdan, Azərbaycanda ilk Milli Şəhərsalma Forumunun işğaldan azad edilən Ağdamda keçirilməsi rəmzi xarakter daşıyırdı.
İşğaldan azad olunmuş ərazilərdə bu gün həyata keçirilən bərpa və yenidənqurma işləri dünya miqyasında unikaldır. “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” prinsipləri əsasında yeni həyat qurulur. Azərbaycan təkcə ərazilərini deyil, həm də mədəni və ekoloji irsini bərpa edir. Məhz bu strateji baxışın davamıdır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar Azərbaycanın yalnız daxili inkişaf prioritetlərini deyil, eyni zamanda, qlobal məsuliyyətini və beynəlxalq hədəflərini əks etdirir”, - deyə deputat əlavə edib.
P.Vəliyeva bildirib ki, 2026-cı ildə Bakının BMT-nin daha bir mötəbər tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi Azərbaycanın dayanıqlı urbanizasiya sahəsində qlobal müstəvidə rolunu göstərir. Bu, ekoloji davamlılığı uğurla təbliğ etdiyimiz COP29-da əldə olunan nəticələrin fərqli müstəvidə davamıdır. Bu, Azərbaycanın sağlam və inklüziv şəhərsalma ənənələrinə verdiyi töhfənin növbəti təzahürüdür. Çünki şəhərlər tarixi yaşadan, milli irsi formalaşdıran və insana xidmət edən, dayanıqlı məkan olmalıdır. Azərbaycan şəhərsalma fəlsəfəsi məhz bu dəyərlər üzərində qurulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















