Icma.az
close
up
RU
ÜMUMİ SATINALMA BİLDİRİŞİ

ÜMUMİ SATINALMA BİLDİRİŞİ

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

AZƏRBAYCAN 
“Qız Qalası Su Anbarından Magistral Suvarma kanalının tikintisi Layihəsi”
ÜMUMİ SATINALMA BİLDİRİŞİ
Maliyyələşdirmə növü: Hissəli Satış və İslam İnkişaf Bankı Qrantı
Maliyyələşdirmə №: AZE 1024
İslam İnkişaf Bankı, bununla “Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsinin maliyyə xərclərinin bir hissəsini ödəmək üçün 96,48 milyon ABŞ dolları məbləğində Hissəli Satış maliyyələşdirməsini təmin edir.
Layihəyə aşağıdakı komponentlər daxil olacaqdır:
Komponent-1. İqlimə Dayanıqlı və Smart Su İdarəetmə İnfrastrukturunun İnkişafı və Kənd Təsərrüfatı Məhsuldarlığının Artırılması (101.62 milyon ABŞ dolları). Bu, Araz çayı üzərindəki Qız Qalası su anbarı sahəsindən 52 km uzunluğunda və 50 m3/san su ötürmə qabiliyyətinə malik magistral kanalın tikintisi, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş torpaqlarında Araz boyu yerləşən və Mil-Muğan zonasında etibarlı suvarma xidmətləri göstərəcək 252 km uzunluğunda suvarma boru kəmərləri şəbəkəsinin çəkilməsi ilə iqlimə davamlı və smart su ehtiyatlarının idarə olunması sistemini inkişaf etdirəcəkdir. Bu komponent iqlimə davamlı və smart su idarəetmə sistemlərini inkişaf etdirmək, səmərəliliyi artırmaq , layihə ərazisinin davamlı kənd təsərrüfatı artımını dəstəkləmək üçün kanal infrastrukturunun mühafizəsi tədbirlərini və qabaqcıl suvarma üsullarını (məsələn, Pivot Sprinklerlər, damcı suvarma sistemləri və s.) təmin etmək məqsədini daşıyır. Həmin komponent, həmçinin iqlim dəyişkənliyinə qarşı səmərəli dayanıqlılıq üçün real vaxt rejimində məlumatların idarə edilməsini və texniki xidməti təmin etmək məqsədilə “SCADA” sistemi də daxil olmaqla smart monitorinq və nəzarət sistemlərinin inkişafını dəstəkləyəməyi özündə ehtiva edəcəkdir. Komponent həmçinin qlobal davamlılıq tendensiyalarına uyğunlaşaraq özəl sektora investisiya yatırmağa imkan verir və məhsullara əlavə dəyər qatır, davamlı və səmərəli kənd təsərrüfatı təcrübələri vasitəsilə əhəmiyyətli gəlirlər vəd edir, eyni zamanda Aqroparklar üçün yuxarı və aşağı axın mexanizmlərini formalaşdırır. 
Komponent-2 . Layihəyə Mühəndis Nəzarəti və Tikintiyə Nəzarət üzrə Məsləhətçi Xidmətləri (4,02 milyon ABŞ dolları): Bu komponent layihənin detallı layihələndirilməsinin nəzərdən keçirilməsinə, podratçıların seçilməsi üçün tender sənədlərinin hazırlanmasına, seçim prosesində İcraçı Agentliyə (EA) kömək göstərilməsi və layihənin icrası işlərinə nəzarət üçün dəstək verəcəkdir.
Komponent-3. Layihə İdarəetmə Qrupuna dəstək (1,48 milyon ABŞ dolları): Bu komponent aşağıdakılar baxımından Layihənin İdarəedilməsinə (LİQ) dəstəyi təmin edəcək: (i) əlavə texniki işçilərin işə götürülməsi (Satın­alma, Ətraf Mühitin Mühafizəsi, Layihənin Maliyyə İdarəçiliyi, Monitorinq və Qiymətləndirmə Mütəxəssisləri) və müvafiq cari xərclərlə birlikdə aylıq müavinətlərin ödənilməsi.
Komponent-4. Potensialın Gücləndirilməsi (1,4 milyon ABŞ dolları): Bu komponent aşağıda sadalananların institusional və dolanışıq potensialının inkişafından ibarət olacaqdır: 
Təkmilləşdirilmiş və səmərəli su idarəetmə sistemi (hidrometeorologiya, erkən xəbərdarlıq sisteminin imkanlarının artırılması, istismar , texniki qulluq və s.) ilə bağlı İcraçı Agentlik (EA) heyətinin və müvafiq tərəfdaşlarının (Meliorasiya, Hidrometeorologiya Qurumları və Kənd Təsərrüfatı Nazirliyi) institusional potensialı. Bu, Meliorasiya və Hidrometeorologiya orqanlarının texniki və istismar imkanlarının artırılmasından və onların fəaliyyətinin Kənd Təsərrüfatı Nazirliyi ilə inteqrasiyasından ibarət olacaqdır. Təşəbbüs Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində aqroparklar və icmalar tərəfindən su ehtiyatlarının idarə edilməsi təcrübələrini təkmilləşdirmək və kənd təsərrüfatı məhsuldarlığını artırmaq, əlavə dəyər qatmaq və iqlimə davamlılığı artırmaq üçün agentliklər arasında real vaxt rejimində Rəqəmsal Platformanın yaradılması məqsədini daşıyır. Platforma Yer Kürəsinin Müşahidəsi (YM) texnologiyalarından və layihə ərazisi məlumatlarından istifadə edilməklə qurulacaq , platformanın davamlılığını artırmaq və digər sahələrə şaxələnməsi üçün nominal ödənişlə yekunda benefisiarlar üçün genişləndirmə xidmətləri yaradılacaqdır.
Layihənin benefisiarlarının azad edilmiş ərazilərdə yaşayış imkanlarının inkişafı, icmalara və yerli fermerlərə lazımi bacarıq, resurslar , davamlı kənd təsərrüfatı təcrübələri , əsasən gənclər və qadınların alternativ gəlir gətirən fəaliyyətlərlə məşğul olmaları üçün dəstək verməklə azad edilmiş ərazilərdə icmaların həyat şəraitinin artırılmasından ibarətdir. Məqsədli təlim proqramları və uzunmüddətli biznes planlarının hazırlanmasına dəstəklə əhatəli potensialın inkişafı planı yerli icmalara təqdim olunacaq, kənd təsərrüfatından kənar dolanışıq fəaliyyətləri ilə məşğul olanlara və fermerlərə müasir kənd təsərrüfatı texnikaları, məhsullara əlavə dəyər qatılacaq, səmərəli suvarma təcrübələri və davamlı əkinçilik üsulları təlqin ediləcəkdir. 
Komponent-5 .Layihənin Auditi (0,1 milyon ABŞ dolları): Bu komponent layihənin Xüsusi Hesabının illik auditini dəstəkləyəcəkdir. 
Komponent-6. Fövqəladə Hallarda Çevik Reaksiya Verilməsi komponenti: Bu, müstəqil, sıfır-dəyərli komponent layihəyə dəstək olaraq, cari Layihə resurslarından istifadə etməklə fəlakətlər, pandemiyalar və s. kimi çox gözlənilməz hadisələr zamanı fövqəladə hallara cavab tədbirlərini əhatə etmək və gələcəkdə Hökumətin fövqəladə hallara çevik reaksiyasına dəstək olmaq məqsədilə Layihəyə daxil edilmişdir. Bu, İslam İnkişaf Bankı ilə əvvəlcədən məsləhətləşmələr apardıqdan sonra Layihə vəsaitlərinin yenidən bölüşdürülməsi yolu ilə həyata keçirilə bilər. 
İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən müqavilələrin satın alınması İslam İnkişaf Bankı Layihəsinin Maliyyələşdirilməsi çərçivəsində malların, işlərin və əlaqəli xidmətlərin satın alınmasına dair təlimatlarda (2019-cu ilin aprel nəşri, 2023-cü ilin fevralında yenilənmiş) müəyyən edilmiş prosedurlarla həyata keçiriləcək və təlimatlarda müəyyən olunduğu kimi bütün uyğun tender iştirakçıları üçün açıq elan ediləcəkdir. Məsləhətçi xidmətləri İslam İnkişaf Bankı Layihəsinin Maliyyələşdirilməsi çərçivəsində Məsləhətçi Xidmətlərin Satınalınması üzrə Təlimatlara (2019-cu ilin aprel nəşri, 2023-cü ilin fevralında yenilənmiş) uyğun olaraq seçiləcəkdir.
İslam İnkişaf Bankının Beynəlxalq Rəqabətli Tender – İslam İnkişaf Bankının üzv ölkələri (ICB/MC) prosedurları çərçivəsində təklif ediləcək müqavilələr və məsləhət xidmətləri üçün müqavilələrin (QCBS-MC və LCS metodları) xüsusi satınalma bildirişləri əlçatan olduqdan sonra İslam İnkişaf Bankının internet səhifəsində və layihənin saytında elan ediləcəkdir: [email protected]
Yuxarıda qeyd olunan layihə üçün malların, işlərin və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı nəzərə alınan və ya əlavə məlumat tələb edən müvafiq şirkətlər və ya şəxslər aşağıdakı ünvanda Benefisiarla əlaqə saxlaya bilərlər:
“Qız Qalası Su Anbarından Magistral Suvarma kanalının tikintisi Layihəsi”
Fuad Abışev (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” PHŞ, idarə heyətinin sədr müavini)
Moskva prospekti 67, Bakı, Azərbaycan, AZ1012 .
Telefon- +994 50 2229397 
Faks: +994 12 4935165 
E-poçt: [email protected] 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri