Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin 103 cü ildönümü ilə əlaqədar Samuxda silsilə tədbirlər davam etdirilir

Ümummilli Lider Heydər Əliyevin 103 cü ildönümü ilə əlaqədar Samuxda silsilə tədbirlər davam etdirilir

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən  hazırlanmış tədbirlər planına uyğun olaraq  keçirilən silsilə tədbirlər davam etdirilir.

          Tədbirlər   planı çərçivəsində mayın 7-də Sərkar  ərazi partiya təşkilatında  YAP Samux rayon təşkilatının,  Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi  Samux rayon Sərkar UMM-nin  birgə təşkilatçılığı və  partiya fəallarının  iştirakı ilə  “Ulu Öndər Heydər Əliyevin siyasi irsi:qüdrətli dövlətin əsasları” mövzusunda tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin  və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin  həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.

 Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, müasir müstəqil Azərbaycanın möhkəm təməlləri məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun xilaskarlıq missiyası nəticəsində ölkəmiz siyasi böhrandan və parçalanma təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq arenada güclü, nüfuzlu dövlət kimi tanınır.

Daha sonra tədbirdə iştirak edən fəal partiya üzvü Günel Əhmədova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli sərvətidir. Qeyd edib  ki, bu gün ölkəmizdə hökm sürən sabitlik, inkişaf və qələbə ruhu məhz həmin siyasi kursun məntiqi nəticəsidir. Natiq gənc nəslin Heydər Əliyev ideyalarına sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi  Samux rayon  Sərkar Uşaq Musiqi Məktəbinin kollektivi  tərəfindən Ulu Öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş musiqi nömrələri təqdim edilib, vətənpərvərlik ruhunda ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri