Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin 103 cü ildönümü ilə əlaqədar Samuxda silsilə tədbirlər davam etdirilir

Ümummilli Lider Heydər Əliyevin 103 cü ildönümü ilə əlaqədar Samuxda silsilə tədbirlər davam etdirilir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən  hazırlanmış tədbirlər planına uyğun olaraq  keçirilən silsilə tədbirlər davam etdirilir.

Tədbirlər  planı çərçivəsində mayın 1-də Ziyadlı ərazi partiya təşkilatında partiya fəallarının da iştirakı ilə  “Qüdrətli və qalib Azərbaycan reallığı Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır” mövzusunda tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin  və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 Giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. O qeyd edib ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin əsasında məhz Ulu Öndərin uzaqgörən siyasəti, milli maraqlara əsaslanan inkişaf strategiyası dayanır. Gündüz Bayramov vurğulayıb ki, müasir, müstəqil və qalib Azərbaycanın formalaşması Heydər Əliyev ideyalarının təntənəsidir və bu ideyalar bundan sonra da ölkəmizin inkişaf yoluna işıq salacaq.

Daha sonra tədbirdə iştirak edən fəal partiya üzvləri Şəfəaq Alıyeva, Elza Alxanova  çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli sərvətidir. Qeyd ediblər  ki, bu gün ölkəmizdə hökm sürən sabitlik, inkişaf və qələbə ruhu məhz həmin siyasi kursun məntiqi nəticəsidir. Natiqlər gənc nəslin Heydər Əliyev ideyalarına sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Məktəb şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şerlər səsləndirilib və vətənpərvərlik mahnıları ifa olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri