Icma.az
close
up
RU
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı və  Qazax rayon Heydər Əliyev Mərkəzinin  birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” mövzusunda tədbir keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbərliyi, müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisinə baxış keçirdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” filmi nümayiş etdirildi.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Dəmirçilər kənd tam orta məktəbinin direktor müavini Gülnar  Osmanova, Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, Qazax RMX Publik Hüquqi Şəxsin həkimi  Gülnaz Qədimalıyeva, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova çıxış etdilər.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, vətən qarşısında misilsiz xidmətlərindən, zəngin irsi və dövlətçilik təcrübəsindən ətraflı bəhs etdilər. Çıxış edənlər xüsusi olaraq vurğuladılar ki, Azərbaycan tarixinin elə bir səhifəsi yoxdur ki, Dahi Rəhbər Heydər Əliyev bu tarix kitabına öz səhifəsini yazmamış olsun.  Natiqlər çıxışları zamanı Ulu Öndər Heydər Əliyevin respublikamızın Qərb Qapısı olan Qazax rayonuna səfərlərindən, əsası  Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən, bunun sayəsində Qazax rayonunun dörd kəndinin qan tökülmədən, bir güllə atılmadan işğaldan azad edilməsindən bəhs edərək,  tezliklə üç kəndimizin də işğaldan azad olunacağına böyük əminliklərini ifadə etdilər.

Sonda Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri