Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində tarixi rolu ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində tarixi rolu ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Dil hər bir xalqın milli kimliyini, mənəvi dəyərlərini, tarixini və mədəni irsini yaşadan ən mühüm amildir. Ana dili xalqın keçmişini gələcəyə daşıyan, milli təfəkkürünü formalaşdıran, dövlətçiliyini möhkəmləndirən müqəddəs sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli-mədəni irsini yaşatmış, onun milli birliyinin əsas dayaqlarından biri olmuşdur. Məhz buna görə də Azərbaycan dilinin dövlət dili kimi hüquqi status alması Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu tarixi nailiyyət isə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən dövlətçilik siyasəti nəticəsində mümkün olmuşdur.

1970-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibində olsa da, milli dəyərlərin qorunması istiqamətində ciddi çətinliklər mövcud idi. Sovet ideologiyası rus dilinin bütün ittifaq məkanında üstün mövqeyə malik olmasına çalışır, milli dillərin dövlət idarəçiliyində və ictimai həyatda rolunu məhdudlaşdırırdı. Belə bir şəraitdə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi həm siyasi, həm də milli baxımdan böyük cəsarət tələb edirdi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev tarixi təşəbbüslə çıxış etdi. O, Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada qəbul edilməsini təklif etdi:

“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Bu sadə görünən cümlə əslində milli dövlətçilik tariximizin ən mühüm hüquqi sənədlərindən biri idi. Çünki həmin dövrdə SSRİ-də rus dili üstün mövqedə idi və milli dillərin dövlət dili kimi Konstitusiyada təsbit olunması heç də asan məsələ deyildi. Heydər Əliyev bütün siyasi riskləri dəyərləndirərək xalqın milli maraqlarını üstün tutdu və Azərbaycan dilinin hüquqi statusunu təmin etdi.

Bu tarixi qərar təkcə hüquqi akt deyildi. O, Azərbaycan xalqının milli özünüdərkinin güclənməsinə, milli ruhun qorunmasına və gələcək müstəqil dövlətçiliyin ideoloji əsaslarının formalaşmasına xidmət edən mühüm addım idi. Ana dilinin dövlət dili kimi təsbit edilməsi xalqın öz tarixinə, mədəniyyətinə və milli kimliyinə inamını daha da artırdı.

Ümummilli Lider Heydər Əliyev ana dilinə münasibətdə hər zaman xüsusi həssaslıq nümayiş etdirirdi. O deyirdi:

“Hər bir xalqın milliliyini yaşadan, inkişaf etdirən onun dilidir.”

Bu fikir Heydər Əliyevin dil siyasətinin əsas fəlsəfəsini ifadə edirdi. Onun rəhbərliyi dövründə Azərbaycan dilində dərsliklərin hazırlanması, elmi əsərlərin nəşri, bədii ədəbiyyatın inkişafı, teatr və mədəniyyət sahəsində ana dilinin tətbiqi genişləndirildi. Azərbaycan yazıçıları, alimləri və ziyalıları üçün əlverişli yaradıcılıq mühiti yaradıldı.

1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra da Heydər Əliyev ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bununla yanaşı, dövlət dilinin qorunması və tətbiqinin genişləndirilməsi istiqamətində mühüm hüquqi sənədlər qəbul olundu.

2001-ci il 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin ilin 9 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi milli dil siyasətinin yeni mərhələsinin başlanğıcı oldu. Bu qərarlar Azərbaycan dilinin saflığının qorunmasına, onun bütün dövlət qurumlarında, təhsil müəssisələrində, informasiya məkanında və beynəlxalq münasibətlərdə tətbiqinin genişlənməsinə mühüm töhfə verdi.

Bu gün Prezident İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti uğurla davam etdirilir. Azərbaycan dilinin zənginliyinin qorunması, düzgün istifadəsi, yeni texnologiyalar və rəqəmsal mühitdə inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının imzaladığı sərəncamlar və qəbul edilən proqramlar ana dilimizin gələcək inkişafına xidmət edir.

Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, milli dövlətçiliyimizin rəmzi, milli birliyimizin təcəssümü və xalqımızın mənəvi sərvətidir. Bu dilin dövlət dili statusu qazanması Azərbaycan xalqının tarixi yaddaşının, milli şüurunun və dövlətçilik ənənələrinin qorunması baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Ümummilli Lider Heydər Əliyevin 1978-ci ildə nümayiş etdirdiyi siyasi qətiyyət, milli maraqlara sadiqlik və uzaqgörən dövlətçilik mövqeyi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Onun həyata keçirdiyi dil siyasəti bu gün də öz aktuallığını qoruyur və müstəqil Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olaraq yaşayır.

Ulu Öndərin ana dilimizə göstərdiyi qayğı hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Azərbaycan dilini qorumaq, onu sevmək, düzgün istifadə etmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Çünki ana dili yalnız keçmişimizin deyil, həm də gələcəyimizin təminatıdır.

Cəmilə Hüseynova

YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri,

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 İyul 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri