Icma.az
close
up
RU
Ümummilli liderin quruculuq irsi canlı məktəbdir

Ümummilli liderin quruculuq irsi canlı məktəbdir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın aktual problemləri” mövzusunda XXVII elmi-texniki tələbə konfransı işə başlayıb.

Konfrans Elm və Təhsil Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin təşkilatçılığı ilə keçirilir. Tədbirdə MAA-nın tələbələri ilə yanaşı, ölkənin müxtəlif ali təhsil müəssisələrinin, eləcə də xarici ölkələrin ali məktəblərinin tələbələri iştirak edirlər. Konfrans çərçivəsində iştirakçılar əvvəlcə Akademiyanın tələbələri tərəfindən hazırlanmış innovativ layihələrin sərgisi ilə tanış olublar.

Mərasimi açan MAA-nın birinci prorektoru professor Ədalət Səmədov Akademiyanın rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Bildirilib ki, bu il konfransa 9 bölmə üzrə ümumilikdə 196 elmi məruzə təqdim olunub və bu da tələbələrin nəqliyyat, aerokosmik texnologiyalar, logistika, informasiya texnologiyaları və digər sahələr üzrə artan tədqiqat aktivliyini və innovativ yanaşmalarını əks etdirir.

Plenar iclas çərçivəsində Rusiya Elmlər Akademiyasının müxbir üzvləri, fizika-riyaziyyat elmləri doktorları Pavel Paxlov və Taqir Auşev müvafiq olaraq “Fizika: mikrodünyadan makrosistemlərə qədər” və “Fundamental elmin texnoloji tərəqqidə rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Plenar iclasda, həmçinin MAA-nın gənc tədqiqatçıları tərəfindən aerokosmik texnologiyalar və süni intellekt istiqamətlərində aktual mövzular üzrə məruzələr təqdim olunub. Bu çərçivədə pilotsuz uçuş aparatları üçün dəqiq yükçatdırılma sistemləri, kosmik əməliyyatlarda süni intellektin tətbiqi, eləcə də mühərrik texnologiyaları və robototexnika sahəsində innovativ yanaşmalar müzakirə edilib.

Konfrans işini mayın 6-da bölmə iclasları ilə davam etdirəcək və tələbələrin elmi-tədqiqat nəticələrinin müzakirəsi, eləcə də yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün platforma rolunu oynayacaq.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri