Icma.az
close
up
RU
UNDP və ya Rus evi kimi təşkilatlarla bağlı dövlətin prinsipi beynəlxalq qanunlara uyğundur Komitə sədri

UNDP və ya Rus evi kimi təşkilatlarla bağlı dövlətin prinsipi beynəlxalq qanunlara uyğundur Komitə sədri

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar.

Trend xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxışında deyib.

"Məsələn, "Abzas Media" layihəsi əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır. BBC, "Amerikanın Səsi", "Rossiya seqodnya" və digər media subyektləri, eləcə də UNDP və ya "Rus evi" kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik münasibət tələb edir, əks halda məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır", - deyə komitə sədri bildirib.

Zahid Oruc insan hüquqları təşkilatlarının fəaliyyətindən də söz açıb.

"HRW, Freedom House və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır.

BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin, Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət edəcəkdir.", - deyə deputat qeyd edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri