Icma.az
close
up
RU
Komitə sədri: Ölkəmizin milli statistika sistemi beynəlxalq standartlara tam uyğundur

Komitə sədri: Ölkəmizin milli statistika sistemi beynəlxalq standartlara tam uyğundur

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 oktyabr, AZƏRTAC

İxtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılan qlobal qiymətləndirmələrdə xarici ekspertlər Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, ölkəmizin milli statistika sistemi beynəlxalq standartlara tam uyğundur.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Statistika Komitəsində Ümumdünya Statistika günü ilə əlaqədar yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiadanın qaliblərinin mükafatlandırilması mərasimində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O, bildirib ki, Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının istehsalı və yayımı sahəsində nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən ISO 9001:2015 keyfiyyət idarəetmə sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb: “Komitə bu sertifikata layiq görülən Azərbaycandakı ilk mərkəzi icra hakimiyyəti orqanı, həmçinin MDB məkanında bu uğura imza atan ilk statistika qurumu olub”.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə Dövlət Nəzarəti İnformasiya Sistemi vasitəsilə aparılan qiymətləndirmələrin nəticələrinə əsasən, Dövlət Statistika Komitəsi son illərdə mərkəzi icra hakimiyyəti orqanları arasında birinci mövqedə qərarlaşıb.

“Son illərdə baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbulu və onların icrasının qiymətləndirilməsi üçün etibarlı statistikanın təşkili xüsusi əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarının sürətli inkişafı və qeyri-ənənəvi məlumat mənbələrinin yaranması statistik proseslərin fasiləsiz modernləşdirilməsini, eləcə də peşəkar kadrların formalaşdırılmasını tələb edir. Bu baxımdan, iqtisadiyyatın sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması və məlumatların yayımı kimi istiqamətlər rəsmi statistikanın qarşısında duran əsas vəzifələrdəndir”, - deyə DSK sədri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri