Icma.az
close
up
RU
UNEC də əlilliyi olan şəxslər arasında “Bir səhnə, min rəng” bədii yaradıcılıq müsabiqə festivalının seçim mərhələsi keçirilib

UNEC də əlilliyi olan şəxslər arasında “Bir səhnə, min rəng” bədii yaradıcılıq müsabiqə festivalının seçim mərhələsi keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Mədəniyyət Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin, UNEC İnklüziv Təhsil Mərkəzinin, UNEC Yaradıcılıq Mərkəzinin və “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elegant Medianın media tərəfdaşlığı və N-Advertin tərəfdaşlığı ilə “Bir səhnə, min rəng” bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, seçim mərhələsində UNEC-in tələbələrlə iş üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Rüstəm Nəzirov, UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, UNEC Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və universitetin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimləri, “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İB-nin sədri, həmçinin UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə iştirak ediblər.

İştirakçılar əvvəlcə UNEC-də tələbə və məzun olmuş şəhidlərin xatirəsini əbədiləşdirən Memorial-Xatirə Kompleksini ziyarət edib, daha sonra UNEC Muzeyində universitetin Vətən müharibəsində şəhid olmuş 27 tələbə və məzununun adını daşıyan guşə, onların şəhid olduqları rayonlardan gətirilmiş torpaqlardan ibarət ekspozisiya və tələbələr tərəfindən çəkilmiş rəsmlərin stendi ilə tanış olublar.

Seçim mərhələsində Azərbaycanın müxtəlif bölgələrindən, Bakı və Sumqayıt şəhərlərindən olan iştirakçılar bədii qiraət, milli rəqs, səhnəcik, işarə dili, milli və dünya xalqlarının musiqi alətləri, aşıq sənəti, muğam, xalq mahnıları və vokal janrları üzrə çıxış ediblər. Bu mərhələdə, ümumilikdə, 110-a yaxın əlilliyi olan şəxs iştirak edib. Bölgələrdə yaşayan bəzi iştirakçıların çıxışlarına onlayn formatda baxılıb.

Münsiflər heyətinin qiymətləndirməsi əsasında seçilmiş iştirakçılar dekabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək “Bir səhnə, min rəng” bədii yaradıcılıq müsabiqə-festivalının yekun mərhələsində iştirak edəcəklər. Festival 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin bədii yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, mədəni mühitdə bərabər iştirak imkanlarının yaradılması, ictimaiyyətin həmin kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarına diqqətinin artırılması, inklüziv dəyərlərin və humanizm prinsiplərinin təşviq edilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri