Icma.az
close
up
RU
BMU da bədii yaradıcılıq müsabiqə festivalının seçim turu keçirilib

BMU da bədii yaradıcılıq müsabiqə festivalının seçim turu keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan “Ali təhsil müəssisələri tələbələrinin bədii yaradıcılıq müsabiqə - festivalı”nın seçim turu keçirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, seçim turunda universitetin Bədii yaradıcılıq bölməsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın rəhbərliyi ilə Məhəmməd Salamov (biznesin idarə edilməsi ixtisası - I kurs), Turan Cavadzadə (inşaat mühəndisliyi ixtisası - I kurs), Bahar Tağızadə (dizayn ixtisası - I kurs), Böyükxanım İbrahimova (informasiya texnologiyaları ixtisası - III kurs), Vüsal Nəbili (biznesin idarə edilməsi ixtisası - III kurs), Gülər Həmzəyeva (informasiya texnologiyaları ixtisası - III kurs), Günay Nuriyeva (elektrik və elektronika mühəndisliyi ixtisası - III kurs), Aysu Cəbrayılova (şəhərsalma ixtisası - III kurs), Nəzrin Osmanova (kimya mühəndisliyi ixtisası - IV kurs), həmçinin universitetin rəqs kollektivi (bədii rəhbər Səbinə Musayeva) çıxış ediblər.

Münsiflər heyətinin üzvləri- Xalq artisti Gülyanaq Məmmədova, Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs üzrə tədrisi metodikasının müəllimi, Əməkdar artist Elçin Allahverdiyev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu tələbələrin çıxışlarını dinləyib və onların ifalarını qiymətləndiriblər.

Hər il ənənəvi olaraq keçirilən müsabiqə-festivalın məqsədi gənclərin mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, həmçinin istedadlarının üzə çıxarılması və yaradıcı qabiliyyətlərinin inkişafına dəstək göstərməkdən ibarətdir.

Müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunur və bütün mərhələlərdən uğurla keçən tələbələr yekun konsertdə iştirak hüququ qazanırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri